TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ HAVALANDIRMA, İSİTMƏ VƏ SOYUTMA SİSTEMLƏRİNƏ DAİR XİDMƏTLƏRİN SATINALINMASI MƏQSƏDİLƏ

AÇIQ TENDERƏ (E-TENDER) DƏVƏT EDİR

LOT-1. Havalandırma, isitmə və soyutma sistemlərinə dair xidmətlərin satınalınması

Tenderdə iştirak haqqı: 100 manat

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi (zərfin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (Forma 2) (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə vergi orqanı tərəfindən verilmiş arayış;

- Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması baradə sənəd;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmamaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmaması barədə təqdiqedici sənəd;

- İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış;

- Digər sənədlər: iddiaçının ixtisasına dair məlumatlar.

Məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır. Məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür. Satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır. Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.

Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 06.06.2022-ci il saat 10:00-a qədər, tender təklifi və bank zəmanətini isə 14.06.2022-ci il saat 18:00-a qədər Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər.

Zərflərin açılış tarixi və vaxtı: 16.06.2022-ci il tarixdə saat 10.00-da

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Dəftərxana ləvazimatlarının satın alınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27IBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 9900007721

Bank: "Azərbaycan Beynəlxalq Bankı" ASC "Nəqliyyat" filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 14 iyun 2022-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

- son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əmək haqqı, riskli vergi ödəyicisi olub olmaması və s. haqqında arayış;

- malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi anoloji müqavilələr haqqında məlumat;

- malgöndərənin ("podratçı" və ya "Satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyesterdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

- malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

- tender təklifi (zərflərin açıldığı gündən etibarən azı 60 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin bank təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 20 iyun 2022-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə, 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat departamentinə (Satınalma şöbəsi, 1-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.

Telefon nömrəsi: +994 12 499-73-54; e-mail: nil.ismayı[email protected]

Tender təklifləri 21 iyun 2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti, zəmanət müddəti və çatdırılma müddəti.

Tender "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.