Xatirə  kompleksi, qürur  zirvəsi
Region

Xatirə  kompleksi, qürur  zirvəsi

İmişli  rayonunun  Qızılkənd  kəndində  kəndin  şəhidlərinin  xatirəsinə  həsr  olunmuş  Xatirə  kompleksinin    və  Şəhid   bulağının  açılışı  oldu.   Şəhidlərin  adının  əbədiləşdirilməsi  məqsədilə  atılmış  bu  nəcib  addımlar  şəhidlərin  ailələri,  döyüş  yoldaşları  və  yaşadıqları  kəndin  sakinləri  tərəfindən  həyata  keçirilmişdi.   

Açılış  mərasimində  İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Elçin  Rzayev ,  icra  hakimiyyətinin   digər  məsul  şəxsləri,  Yeni  Azərbaycan  Partiyası  İmişli  rayon  təşkilatının  sədri  Səfa  Ağayev,   kənd  sakinləri,  Qızılkənd  kənd  tam  orta  məktəbinin  şagirdləri  və  şəhidlərin  doğmaları  iştirak  etdilər.

 Mərasim  iştirakçıları  Vətənimizin  bütövlüyü  uğrunda  canlarından keçmiş  şəhidlərimizin  əziz  xatirələrini   bir dəqiqəlik  sükutla  yad  etdilər.   Sonra  bulağın  açılışını  bildirən  rəmzi  qırmızı  lent  kəsilib,  kompleksin önünə  gül-çiçək  dəstələri  düzüldü.

İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Elçin  Rzayev  xalqımızın  30  illik  yurd  həsrətinə  son  qoyan  Müzəffər  Ali  baş  Komandanın  rəhbərlik  etdiyi  Azərbaycan  ordusunun  müsəlləh  əsgər  və  zabitlərinin  44  günlük  Vətən  müharibəsində  böyük  şücaət  göstərdiklərini  vurğuladı.  Qələbəyə  görə  Ali  Baş  Komandana,  şanlı  Azərbaycan  Ordusuna,  şəhidlərimizə,  qazilərimizə  borclu  olduğumuzu  bildirdi.  Qeyd  etdi  ki,  dövlətimiz  ölkə  başçısı  tərəfindən  Vətən  uğrunda  sağlamlıqlarını  itirən  qazilərimizin,  yaralılarımızın,  canını  Vətənə  fəda  edən  şəhidlərimizin  ailələrini  daim  diqqət  mərkəzində  saxlayacaq.   Ölkə  Prezidenti  İlham  Əliyevin  və  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevanın  şəhidlərimizin,  qazilərimizin  ailələrinə  göstərdikləri  qayğının  Azərbaycanın  bütün  bölgələrində,  o cümlədən  İmişli  rayonunda   bundan  sonra  da  hər  zaman  olacağını  diqqətə  çatdırdı.    Tədbirdə  digər  çıxış  edənlər   torpaqlarımızın  azad  olunmasında  zabit  və  əsgərlərimizin  göstərdikləri əvəzsiz  xidmətləri  ilə  qürur  duyduqlarını  söylədilər.  Şəhidlərin  ailələri  göstərilən  yüksək  diqqət  və  qayğıya  görə  möhtərəm  Prezidentimiz  İlham  Əliyevə  və   Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya   minnətdarlıqlarını  bildirdilər.  Tədbir  Qızılkənd  kənd  tam  orta  məktəbinin  şagirdlərinin  ifalarında  şəhidlərimizə  həsr  olunan  şeirlərin  səsləndirilməsi  ilə  davam  etdirildi.

Ərəstun   ABDULOV,
“Respublika”.