“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən
Məktublar

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoş əhval-ruhiyyə və sülh, sabitlik, Azərbaycan xalqının tərəqqisi naminə səmərəli fəaliyyətinizdə uğurlar arzu edim.

Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti bundan sonra da respublikanın həyatını və orada baş verən hadisələri maksimum obyektiv və geniş işıqlandıracaq.

Səmimi hörmətlə,

 Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri