Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 12 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 63 nəfər müalicə olunaraq sağalıb, 9 min 714 nəfər vəfat edib. Aktiv xəstə sayı 55 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 706, indiyə qədər isə ümumilikdə 6 milyon 914 min 600 test icra olunub.

AZƏRTAC