Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Digər xəbərlər

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

AZƏRTAC