“Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Hüquqi aktlar

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 30 mart tarixli -VIQR nömrəli Qərarında (Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı, 2020, № 1; 2022, № 1) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “Məmmədzadə Aqşin Təvəkkül oğlu” sözləri “İskəndərov Cavid Nizami oğlu” sözləri ilə əvəz edilsin.

2. 2-ci hissədə “Dövlət quruculuğu üzrə qanunvericilik” sözləri “Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik” sözləri ilə əvəz edilsin. 

Azərbaycan Respublikası 

Milli Məclisinin sədri                      Sahibə Qafarova

Bakı şəhəri, 8 iyul 2022-ci il