Elan
Reklam və elanlar

Elan

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 iyun 2022-ci il tarixli 526/ü nömrəli Əmri ilə Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilmiş və ləğvetmə komissiyası yaradılmışdır. Kreditorlar öz borcları ilə əlaqədar tələblərini 10 avqust 2022-ci il tarixədək ləğvetmə komissiyasına təqdim edə bilərlər. Göstərilən müddətdən sonra tələblərə baxılmayacaqdır.

Ünvan: K.Kazimzadə 100a

Telefon: (012) 5100672

Ləğvetmə komissiyasının sədri Şahin Babayev.


"Simurq Kompani" Açıq Tipli Səhmdar Cəmiyyətinin Müşahidə Şurası bildirir ki, Cəmiyyətin 30 iyun 2022-ci il tarixə təyin olunmuş illik ümumi yığıncağı yetərsay olmadığı üçün keçirilməmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.8 107-2.2-ci maddələrinə uyğun olaraq Müşahidə Şurasının qərarı ilə təkrar ümumi yığıncaq 23 avqust 2022-ci il tarixə təyin olunmuşdur. Ümumi yığıncaq cəmiyyətin Gəncə şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

Səhmdarların iştirakı vacibdir.