TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Məişət texnikalarının satın alınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27IBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 9900007721

Bank: "Azərbaycan Beynəlxalq Bankı" ASC "Nəqliyyat" filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab:

AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 19 avqust 2022-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

- son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əməkhaqqı, riskli vergi ödəyicisi olub-olmaması və s. haqqında arayış;

- malgöndərənin (podratçının) son bi

r il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- malgöndərənin ("podratçı" və ya "satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyestrdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

- malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

- tender təklifi (zərflərin açıldığı gündən etibarən azı 40 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin bank təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 25 avqust 2022-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat departamentinə (Satınalma şöbəsi, 1-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.

Telefon nömrəsi: +994 12 499-73-54; e-mail: nil.ismayı[email protected]

Tender təklifləri 26 avqust 2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, zəmanət və çatdırılma müddəti.

Tender "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.


"ASG Business Aviation" MMC-nin Sky Catering filialı

AÇIQ TENDER ELAN EDIR

Tender 1 lot üzrə keçirilir.

Tenderin adı: Yarma məhsulları

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

İştirak haqqı - 100 manat

BANKIN ADI: PREMİUM BANK 2 SAYLI FİLİALI

VOEN: 9900006241

KOD: 508267

SWIFT: AZAL AZ22

MÜXBİR HESAB: AZ70NABZ01350100000000020944

HESAB: AZ18AZAL40050000010000002000 AZN

HESAB: AZ32AZAL40150000010000002001 USD

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar Azərbaycan dilində (və ya beynəlxalq ticarətdə geniş istifadə olunan dildə) tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, ASG Business Aviation ünvandan əlaqələndirici şəxs: Kengerlinskiy İsmayil Rüfət oğlu, telefon: +994 (12) 437-47-57 (7366), elektron poçt ünvanı: [email protected] ala bilərlər.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

lTenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

lİştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

lTender təklifi (tender zərflərinin açıldığı tarixdən (22.08.2022) sonra 30 (otuz) iş günü (yəni ən azı (03.10.2022) tarixinədək) qüvvədə olmalıdır);

lTender təklifi dəyərinin 1(bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 15.11.2022-ci il tarixinədək qüvvədə olmalıdır;

lİddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı

lİddiaçının Azərbaycan Respublikasının vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

lİddiaçının tam adı, hüquq statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri.

Sənədlər 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15.08.2022-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 19.08.2022-ci il saat 18:00-a qədər Bakı şəhəri, Heydər Əliyev adına Hava Limanı, ASG Business Aviation ofisin ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 22.08.2022-ci il saat 16:00-da "ASG Business Aviation" MMC-nin Sky Catering filialında, Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanında yerləşən ofisində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Direktor