TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Füzuli şəhərində 8,90 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot-3 - 13, 14, 15, 16, 17 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01, daxili 239, email: [email protected]) ala bilərlər.

Benefisiarın adı: "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti

Hesab nömrə: AZ18AIIB38030019440029636102

VÖEN: 1701953921

B1.Benefisiar (alan): Kapital Bank ASC

Adı: Mərkəz filialı

Kodu: 200026

VÖEN: 9900003611

S.W.İ.F.T.: AIIBAZ2X

Müxbir hesab: AZ37NABZ01350100000000001944

İştirak haqqı: 1200 (min iki yüz) manat

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

1. Tenderdə iştirak etmək üçün ərizə;

2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

4. Tender təklifinin təminatı - bank zəmanəti (təklifin ümumi qiymətinin 1 (bir) faizi məbləğində və tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox qüvvədə olmalıdır);

5. Podratçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

lPodratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

lAzərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

lPodratçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

lPodratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

lPodratçının inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surəti;

lPodratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd və formalarda təqdim edilməlidir);

- Podratçının son 3 (üç) il (2019-2021) ərzində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında təhvil verdiyi çoxmənzilli yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15 000 (on beş min) m2 təşkil etməlidir;

- Podratçının son 3 (üç) il (2019-2021) ərzində tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 000 000,00 (otuz milyon) manat olmalıdır.

lDigər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 5 sentyabr 2022-ci il saat 17:00-dək Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 13 sentyabr 2022-ci il saat 17:00-dək yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 14 sentyabr 2022-ci il saat 15:00-da "MİDA" MMC-də açılacaqdır.


"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ 2022-ci il üzrə dövlət büdcəsi vəsaiti hesabına Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrini tibbi və digər aparatlar, avadanlıqlar, bərk və yumşaq inventarlar ilə təmin etmək məqsədilə potensial imkanlara (işçi qüvvəsinə, müvafiq işlər üzrə təcrübəyə, aidiyyəti ixtisasa, maliyyə və texniki imkanlara) malik olan hüquqi və fiziki şəxsləri

Açıq tenderə dəvət edir.

Lot 1 - Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin təminatı üçün nəzərdə tutulan tibbi və digər aparatların, avadanlıqların, bərk və yumşaq inventarların satınalınması.

Tender təklifləri "bal" sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Üstünlük veriləcək meyarlar: ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafikə uyğun malların təhvil verilməsi.

Malların təchizat qrafiki müqavilə qüvvəyə mindiyi vaxtdan 31.12.2022-ci il tarixə kimi nəzərdə tutulmuşdur.

Tenderdə iştirak etmək istəyənlər 05 sentyabr 2022-ci il saat 17:00 tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

- İştirak haqqının ödənilməsi barədə bank sənədi;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- İddiaçının hüquqi statusunu təsdiq edən sənədlər; - qeydiyyatdan keçdiyi ölkə, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və digər hüquqi sənədlərin notarial təsdiq olunmuş surətləri, hüquqi ünvanı və bank rekvizitləri;

- İddiaçının potensial (peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi və.s.) imkanlarının olması haqqında məlumat;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;

- analoji işlər üzrə bağlanmış müqavilələrin olması;

- Tender komissiyasının zəruri saydığı digər arayış və sənədlər.

Tenderdə iştirak haqqı ödəməsinə baxmayaraq ixtisası tender predmetinə uyğun olmayan iddiaçılar kənarlaşdırılacaqdır. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderdə iştirak haqqı 500 manat müəyyən

ləşdirilmişdir.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Alan: "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ

AZ 91 CTRE00000000000002128215(002741) Fond 7 maddə 142330

VÖEN 1300242201

Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN: 1401555071

M/h AZ41NABZ 01360100000000003944

Kod 210005

SWIFT Bik CTREAZ 22

İddiaçılar Azərbaycan dilində hazırladıqları tender təkliflərini və təklifin 1 (bir) faizi məbləğində Bank təminatını (təklif zərfləri açıldığı gündən sonra azı 60 bank günü ərzində qüvvədə olmalıdır) bağlı zərfdə 13 sentyabr 2022-ci il tarixdə saat 18:00-a qədər "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ-yə (Ünvan: Bakı şəhəri Hacı-Həsən ŞTQ, Xocahəsən qəs. ev 3 Tel: 346-11-33, faks 346-03-16) təqdim etməlidirlər

 Gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

 Tender təklifi bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə daxil edilərək imzalanmış, möhürlənmiş şəkildə olmalıdır. Zərfin üzərinə “14 sentyabr 2022-ci il tarixdə saat 15:00-a kimi açılmamalıdır" sözləri yazılmalıdır. Tender təklifləri açıldığı gündən sonra azı 30 bank günü ərzində qüvvədə olmalıdır.

 Tender təklifləri olan zərflər 14 sentyabr 2022-ci il tarixdə saat 15:00-da "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ-də açılacaqdır.

 Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.