Məktəb binası istifadəyə verildi
Elm və təhsil

Məktəb binası istifadəyə verildi

Kürdəmir şəhərində köhnə məkəb binasının yerində yeni tikilmiş Rüstəm Quliyev adına 5 nömrəli tam orta məktəbin açılış mərasimi keçirildi.

Tədbirdə məktəbin adını daşıyan şəhid Rüstəm Quliyevin ailə üzvləri, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Muxtar Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və rayon ictimaiyyəti, ziyalıları iştirak etdilər. Mərasimdən əvvəl icra başçısı Elxan İbrahimov və nazir müavini Muxtar Məmmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib abidə önünə tər çiçəklər düzdülər. Daha sonra nazir müavini Muxtar Məmmədov, icra başçı Elxan İbrahimov çıxış edərək təhsildə keyfiyyətin artırılması dövlətimizin təhsil sahəsi üzrə prioritet istiqaməti olduğunu vurğuladılar.

Tədbirin sonunda məktəb binasına baxış keçirildi. 960 şagird yeri olan məktəb binası müasir avadanlıqlarla, kompüter dəstləri ilə təmin edilmişdir. Fənn kabinetlərində yerləşdirilən əyani vəsaitlər dərs saatlarının yüksək səviyyədə keçirilməsinə təminat yaradır.

Tofiq HÜSEYN,

"Respublika".