Elan
Reklam və elanlar

Elan

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi  "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi

"Ədliyyə sektoru üçün hazırlanmış gender strategiyası və fəaliyyət planının tətbiqi" fəaliyyəti üzrə məsləhət xidmətləri

Maraqların İfadəsi üzrə Bildiriş B.2/1.0-MX-AF

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində "Ədliyyə sektoru üçün cari layihə çərçivəsində hazırlanmış gender strategiyası və fəaliyyət planının tətbiqi" fəaliyyəti üzrə məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Fəaliyyətin məqsədi ədliyyə xidmətlərinin təkmilləşdirilməsi və ədliyyə qurumlarının idarəetmə potensialının gücləndirilməsi məqsədilə cari layihə çərçivəsində ədliyyə sektoru üçün hazırlanmış gender strategiyası və fəaliyyət planının tətbiqi vasitəsi ilə Ədliyyə Nazirliyinə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan tövsiyələrin hazırlanmasıdır. Tapşırığın ehtimal olunan müddəti 11 aydır.

Məsləhətçi şirkətlər müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət olunurlar. Maraq göstərən şirkətlər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatları təqdim etməlidirlər. Qısa siyahıya daxil olunması üçün məsləhətçi şirkət gender siyasəti və gender məsələlərinə diqqət yetirməklə ədliyyə sahəsində ən azı 10 illik təcrübəyə malik olmalı, Şərqi Avropa və/yaxud MDB ölkələrində idarəetmənin təşkili, idarəetmə sahəsində islahatlar və ədliyyə sektorunda gender siyasətinin tətbiqi sahələri üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir. Qısa siyahı mərhələsində məsləhətçinin əsas işçi heyətinin qiymətləndirilməsi aparılmayacaq. Texniki tapşırıq aşağıda göstərilən ünvandan əldə oluna bilər.

Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi çərçivəsində Borcalanlar üçün prosedurlar (Satınalma Qaydaları) ilə (iyul 2016-cı il, noyabr 2017-ci il və avqust 2018-ci il) nizamlanan Məsləhətçinin İxtisası seçim üsuluna əsasən seçiləcəkdir. Məsləhətçilər həmin təlimatların Bölmə III, 3.14, 3.16 3.17 nömrəli bəndlərində göstərilən "Dünya Bankının maraqların toqquşmasına dair siyasəti"nə diqqət yetirməlidirlər. Məsləhətçilər öz ixtisas bacarıqlarını gücləndirmək məqsədilə digər şirkətlərlə konsorsium/birgə müəssisə yarada bilərlər.

İştirakçılar məlumatları 2022-ci il oktyabr ayının 24-ü saat 18:00-dək aşağıda göstərilən ünvanlara ("Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi, AZ1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə, Azərbaycan, tel. +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: [email protected], [email protected]) göndərə bilərlər.