YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir
Digər xəbərlər

YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində oktyabrın 22-də partiyanın Zaqatala, oktyabrın 24-də isə Lerik, Zərdab, Tovuz və Bərdə rayon təşkilatları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Zaqatala rayonunda YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, YAP İdarə Heyətinin üzvü Bayram Aslanov, Milli Məclisin deputatı Kamilə Əliyeva, Zaqatala rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tofiq Əhmədov, Lerik rayonunda YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, Milli Məclisin deputatı İqbal Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Zərdab rayonunda YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, Milli Məclisin deputatı Jalə Əliyeva, Tovuz rayonunda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Bərdə rayonunda YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Milli Məclisin deputatı Fatma Yıldırım, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və başqaları çıxış ediblər.

Çıxışlarda ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin uğurlu nəticələrindən bəhs olunub, Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan əlavə, Tədbirlər Planına uyğun olaraq oktyabrın 22-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinin "play-off" mərhələsinin ilk gününün oyunları keçirilib. Oktyabrın 23-də isə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyununa start verilib.

X.KOSAYEV,

“Respublika”.