Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 53 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 53 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 53 yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 min 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 944 nəfər müalicə olunaraq sağalıb, 9 min 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 314 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 60, indiyə qədər isə ümumilikdə 7 milyon 317 min 582 test icra olunub.

AZƏRTAC