Silsilə tədbirlər davam etdirilir
Digər xəbərlər

Silsilə tədbirlər davam etdirilir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində noyabrın 1-də partiyanın Qax, Şəmkir, Cəbrayıl, Salyan və Beyləqan rayon təşkilatları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Qax rayonunda YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, YAP Təftiş Komisiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, Şəmkir rayonunda YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatı Kamran Bayramov, Cəbrayıl rayonunda YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü Bayram Aslanov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Salyan rayonunda YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisinin deputatı Malik Həsənov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Əfsun Sucayev, Beyləqan rayonunda YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Milli Məclisin deputatı Şahin İsmayılov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, YAP İdarə Heyətinin üzvü, professor Elnur Sadıqov və başqaları çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb. Əminliklə ifadə olunub ki, 30-cu ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə Azərbaycanın tərəqqisinə, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək, ümumxalq partiyası kimi taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında hər zaman öz sözünü deyəcək.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan əlavə, Tədbirlər Planına uyğun olaraq noyabrın 1-də YAP Suraxanı rayon təşkilatının gənc fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

X.KOSAYEV,

“Respublika”.