Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 49 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 49 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, 37 nəfər müalicə olunaraq sağalıb.

İndiyədək ölkədə ümumilikdə 823 min 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 154 nəfər müalicə olunaraq sağalıb, 9951 nəfər vəfat edib. Aktiv xəstə sayı 313 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1957, ümumilikdə isə 7 milyon 327 min 421 test icra olunub.

AZƏRTAC