Silsilə tədbirlər davam edir
Digər xəbərlər

Silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində noyabrın 3-də partiyanın Göygöl, Xocavənd, Saatlı, Oğuz və Sabunçu rayon təşkilatları tərəfindən tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Göygöl rayonunda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Xocavənd rayonunda YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, Saatlı rayonunda YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, Milli Məclisin deputatı Əziz Ələkbərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı, Oğuz rayonunda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Sabunçu rayonunda YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev və başqaları çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb. Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etdiyi diqqətə çatdırılıb.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

X.KOSAYEV,

"Respublika".