Cəsur döyüşçü
Region

Cəsur döyüşçü

Bu fikirlər dağlar diyarı  Lerikdə 44 günlük İkinci Qarabağ müharibəsində Vətən naminə  canından  keçib  müqəddəs şəhidlik zirvəsinə ucalan Elqaş Barat oğlu Əliyevin  anım günü rayon sakinləri, icra hakimiyyətinin başçısı Əkbər Abbasovla , eləcə də digər rəhbər  şəxslərlə birgə   şəhidin uyuduğu məzarını ziyarət edib üzərinə tər güllər qoydular. Çıxış edənlər onun Vətən sevgisindən, torpağa, yurduna əsl oğul məhəbbətindən ürəkdolusu danışdılar. Şəhid ailələrinin qayğı və  problemləri ilə ətraflı tanışlıqdan sonra rayon rəhbəri vurğuladı ki,  şəhid valideynlərinə, övladlarına hörmət göstərmək  hər birimizin mənəvi borcudur, çünki 30 ilə yaxın torpaq həsrətinə məhz  onların  sayəsində son qoyulub.  Qeyrətli oğulların qanı bahasına  Azərbaycan Ordusu  zəfər çaldı, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Ömrünün 21-ci ilində  bütöv  bir xalqın qəhrəmanlıq simvoluna  dönən   şəhid Elqaş Əliyev dağlar diyarının Bırkandul kəndində dünyaya gəlmişdi.  Qəlbi düşmən tapdağında qalan  torpaqların azad edilməsi  istəyi ilə alışıb-yanan Elqaş  Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın dəhlizi uğrunda gedən döyüşlərdə  düşmənin çoxsaylı  canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv edib.  İgid əsgər  ürəyincə düşməndən qisas alıb  şəhidlik zirvəsinə ucalıb.  Ölümündən  sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Xocavəndin, Laçının azadlığına görə   medalları ilə təltif olunan  Elqaş   bütün Azərbaycan xalqı  üçün əzizdir.

Zəfər ORUCOĞLU.