Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 58 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 58 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 58 yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 33 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 785 nəfər müalicə olunaraq sağalıb, 9 min 975 nəfər vəfat edib. Aktiv xəstə sayı 273 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 314, indiyə qədər isə ümumilikdə 7 milyon 361 min 245 test icra olunub.

AZƏRTAC