Cənubdan səslər...
Güneydən səslər

Cənubdan səslər...

CA­BİR LÜT­Fİ

1958-ci il­də Teh­ran­da dün­ya­ya gə­lib. Son­ra ailə­si ilə bir­lik­də ata-ba­ba yur­du Sa­rab şə­hə­ri­nə kö­çüb. İb­ti­dai təh­si­li­ni Sa­ra­b kən­din­də alan Ca­bir Lüt­fi ye­ni­yet­mə çağ­la­rın­da ye­nə Teh­ra­na qa­yı­dıb.

Şei­rə, ədə­biy­ya­ta er­kən yaş­la­rın­dan hə­vəs gös­tər­sə də, o, 2006-cı il­də Teh­ran­da Hə­kim Nə­ba­ti ədə­bi dər­nə­yi ilə ta­nış olduq­dan son­ra şe­ir yaz­ma­ğa baş­la­yıb.

2018-ci il­də tə­xəl­lü­sü­nü Sa­ra­bın Boz­quş dağ­la­rın­dan alan Ca­bi­rin ilk şe­ir top­lu­su “Boz­quş çi­çək­lə­ri" adı ilə nəşr edi­lib.

Ca­bir Lüt­fi Boz­quş  Kə­rəc şə­hə­rin­də ya­şa­yır.

Qa­ra­bağ­da

Yer tap­ma­ya­caq giz­lə­nə, yer- göy qo­vu­şub­dur,

Ağ­lar qa­la­caq müd­de­yi düş­mən Qa­ra­bağ­da.

Mil­lət aya­ğa dur­sa qa­çar er­mə­ni el­dən,

Bir də ge­ri dön­sə ve­rə­cək can Qa­ra­bağ­da.

***

Azad ola­caq məs­ci­du- mən­bər bü­tün el­də,

Məs­cid­dən itil get çö­lə, hey­van! Qa­ra­bağ­da.

Qu­ran sə­si məs­cid­dən ucal­dı, ge­ri qaç­dı,

Çay­lar­da axar su ye­ri­nə qan Qa­ra­bağ­da.

***

Bir­ də Xo­ca­lı fa­ciə­si tək­rar olun­maz,

Qa­nə ba­ta­caq yır­tı­cı şey­tan Qa­ra­bağ­da.

Yüz il Qa­ra­bağ xər­tə­si­nə nəq­şə çə­kən­lər,

Ava­rə qa­lıb, xa­nə­si vi­ran, Qa­ra­bağ­da.

***

Ba­bək ba­la­sı baş­la­rı­nız­dan qa­la tik­sə,

On­da ala­caq yer- gö­yü tu­fan Qa­ra­bağ­da.

Boz­quş ça­la­caq­dır zə­fər him­ni, el oyan­sın,

Məs­cid­də oxur sov­tı­la Qu­ran Qa­ra­bağ­da...

 

NA­DİR PA­ŞA

1959-cu il­də Qa­ra­dağ ma­ha­lı­nın Mir­za­lı kən­din­də do­ğu­lub. Or­ta təh­si­lini Təb­riz­də alıb. 1979-cu il­də Təb­riz Uni­ver­si­te­ti­nin Fars di­li və ədə­biy­ya­tı fa­kül­tə­si­nə da­xil olub. Uni­ver­si­te­ti bi­tir­dik­dən son­ra, 1986-cı il­də əs­gə­ri xid­mə­tə çağı­rı­lıb və 2 il İran-İraq sa­va­şın­da iş­ti­rak edib.

Na­dir Pa­şa 1988-ci il­də dö­yüş­lə­rin bi­rin­də əsir dü­şüb. 26 ay Bağ­dad və Tik­rit zin­dan­la­rın­da əsir qa­lan­dan son­ra azad olu­nub. Bu hadisə onun həyatında həm fiziki, həm də ru­hi cəhətdən  də­rin iz­lər bu­ra­xıb. Ata­sı Aşıq Mə­şi (1931-2016) Cə­nu­bi Azər­bay­ca­nın ad­lı-san­lı us­tad aşıq­la­rın­dan bi­ri olub.

Na­dir Pa­şa saz­lı-söz­lü bir ailə­də boy at­dı­ğı üçün uşaq­lıq çağ­la­rın­dan mu­si­qi və şei­rə bö­yük ma­raq gös­tə­rib. İlk qoş­ma­sı­nı 14 ya­şın­da ya­zıb.  Onun bir sı­ra şe­ir­lə­ri 1979-cu il­dən bə­ri İran­da və Azər­bay­can Res­pub­li­ka­sın­da fərq­li top­lu və dər­gi­lər­də çap olu­nub.

 “Se­vi­ni­rəm, ya­şa­yı­ram” ad­lı ilk şe­ir­lər ki­ta­bı 2016-cı il­də Təb­riz­də işıq üzü gö­rüb.

ZƏ­FƏR NƏĞ­MƏ­Sİ

De­yir­dim bəs yal­nız xa­ti­rə­lər­də,
Bir də nəğ­mə­lər­də qal­dı Qa­ra­bağ.
Otuz qar­lı-qış­lı dağ­la­rı aşıb,
Qo­lun boy­nu­mu­za sal­dı Qa­ra­bağ…
***
Fü­zu­li­nin ru­hu se­vin­di bir də,
Ucal­dı Şu­şada Xa­nın xoş sə­si.
Çaq­qal­lar qaç­dı­lar as­lan önün­dən,
Ya­yıl­dı hər­ ya­na zə­fər nəğ­mə­si.

***

Ba­bə­kin qəh­rə­man mərd oğul­la­rı,
Qu­duz­la­rı qov­du və­tən dü­zün­dən.
Ya­şa, ey qəh­rə­man möh­tə­şəm or­du,
Siz­lə ba­şı uca da­yan­mış və­tən...

***

Zə­fər bay­ra­ğı­nı göy­lə­rə qal­dır,
Qo­çaq­lar di­ya­rı Can Azər­bay­can
Sə­nin sar­sıl­ma­yan türk oğul­la­rın,
Yo­lun­da hər za­man ke­çə­cək can­dan.

 

KÖV­RƏK HÜ­SEYN

Hü­sey­nə­li Meh­di oğ­lu Məh­də­vi Hə­sən­bəy­li - Köv­rək Hü­seyn 1960-cı il­də Qa­ra­dağ­da Hə­sə­nov ma­ha­lı­nın Hə­sən­bəy­li kən­din­də ana­dan olub. Ye­ni­yet­mə çağ­la­rın­dan sa­za, sö­zə ma­raq gös­tə­rib, nə­ha­yət, bir aşıq və şa­ir ki­mi ye­ti­şib və el şən­lik­lə­rin­də çı­xış et­mə­yə baş­la­yıb.

Əsər­lə­ri­ni “Köv­rək Hüseyn” tə­xəl­lü­sü ilə ya­zıb-ya­ra­dan Hü­seyn Məh­də­vi­nin "Ay ke­çən gün­lə­rim" ad­lı şe­ir top­lu­su 2011-ci il­də Teh­ran­da nəşr edi­lib.

Köv­rək Hü­seyn ha­zır­da Kə­rəc şə­hə­rin­də ya­şa­yır.

 

Azər­bay­ca­nım

Həs­rə­tin­dən ürə­yi­miz göy­nə­yir,

Ey əziz və­tə­nim, Azər­bay­ca­nım.

Ya­ğı­lar əliy­lə iki bö­lü­nüb,

Nis­gil­li və­tə­nim, Azər­bay­ca­nım.

***

Ta­ri­xin qə­dim­dir, adın bö­yük­dü,

Gö­tür­dü­yün şə­lə bir ağır yük­dü.

Ne­çə düş­mən­lə­rin boy­nu­nu bük­dü,

Qey­rət­li və­tə­nim, Azər­bay­ca­nım.

***

Qa­ra­dağ, Qa­ra­bağ iki qar­daş­dı,

Et­di­yi­miz da­va haq­lı sa­vaş­dı.

Er­mə­ni si­la­hın tər­gi­dib qaşçdı,

Ey şan­lı və­tə­nim, Azər­bay­ca­nım.

***

Mən Köv­rək Hü­se­yinəm, se­vin­dim bu gün,

Bir­lik zə­fər çal­dı, açıl­dı dü­gün.

Dost­la­rın şad ol­du, düş­mə­nin qəm­gin,

Ey əziz və­tə­nim, Azər­bay­ca­nım!..

 

MƏ­HƏM­MƏD QAF­FA­Rİ ŞEY­VƏR

1966-cı il iyu­nun 24-də Əhə­rin əzə­mət­li Şey­vər da­ğı­nın ətə­yin­də yer­lə­şən Zan­da­bad kən­din­də dün­ya­ya göz açıb... İlk və or­ta təh­si­li­ni də Əhər şə­hə­rin­də alıb. Mə­həm­məd Qaf­fa­ri Şey­vər da­ğın­dan il­ham ala­raq iyir­mi ya­şın­dan eti­ba­rən şe­ir yazmağa baş­la­yıb.

Mə­həm­məd Qaf­fa­ri şe­ir­lə­ri­ni “Şey­vər” tə­xəl­lü­sü ilə ya­zır və Əhər­də ya­şa­yır.

Şu­şa­da ça­lı­na oyun ha­va­sı

Xal­qın öz eş­qin­də vu­rub­du bə­zək,

Qis­mət ola Qa­ra­bağ­da biz gə­zək,

O la­lə­lər dər­ya vur­muş çə­mən­də,

Qəv­vas olub or­da do­yun­ca üzək...

 

Mey­dan qu­raq, toy ha­va­sı qo­xu­sun,

Dəs­tə-dəs­tə mü­ğən­ni­lər oxu­sun,

Aşıq­lar sa­zı­nın te­lin to­xu­sun,

Ya­ğı düş­mən­lə­rin bağ­rı­nı əzək!..

 

Şu­şa­da ça­lı­na oyun ha­va­sı,

Sı­nıq kö­nül­lə­rin dər­man-da­va­sı,

Şey­və­rin bu şe­ri düş­mə­nin ya­sı,

O al bay­raq­la­ra dəs­tə gül dü­zək...