Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 13 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 13 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 824 min 245 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 996 nəfər müalicə olunaraq sağalıb, 9 min 976 nəfər vəfat edib. Aktiv xəstə sayı 273 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 652, indiyə qədər isə ümumilikdə 7 milyon 371 min 423 test icra olunub.

AZƏRTAC