Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 48 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 48 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 48 yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 385 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 148 nəfər müalicə olunaraq sağalıb, 9 min 981 nəfər vəfat edib. Aktiv xəstə sayı 256 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1840, indiyə qədər isə ümumilikdə 7 milyon 377 min 282 test icra olunub.

AZƏRTAC