Şəhid pilotun xatirəsi anılıb
Region

Şəhid pilotun xatirəsi anılıb

Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının leytenantı, pilot, Vətən müharibəsinin iştirakçısı Abdulla Telman oğlu Süleymanovun şəhadətə ucalmasından 1 il keçir. Bununla bağlı 2-ci Fəxri Xiyabanda şəhidimizin xatirəsinə anım tədbiri keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP fəalları, akademik M.Mehdizadə adına məktəbin şəhidin adını daşıyan sinfinin şagirdləri, müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin məzarı ziyarət edilərək önünə gül dəstələri düzülüb. Qəlblərdə xatirəyə çevrilən cəsur pilotun həyat yolu barədə danışılıb, müqəddəs ruhuna dualar oxunub.

Tofiq HÜSEYN,

"Respublika".