Avropa Velosipedçilər Birliyinin prezidenti Enriko Della Kasadan
Məktublar

Avropa Velosipedçilər Birliyinin prezidenti Enriko Della Kasadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Avropa Velosipedçilər Birliyinin İdarə Heyəti adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Son vaxtlar Azərbaycanda velosiped idman növü böyük dəyişikliklər yaşayır və Sizin tərəfinizdən dəstək görür. Sizin ölkənizdə gənclər və idman sahəsinin inkişafına göstərdiyiniz köməyi yüksək qiymətləndiririk.

İnanıram ki, Siz bundan sonra da Azərbaycanda velosiped idman növünün hərtərəfli inkişafına diqqət yetirəcək və dəstək verəcəksiniz.

Mən Azərbaycanda yenidən nüfuzlu velosiped yarışlarının keçirilməsini arzu edirəm.

Hörmətlə, 

Enriko Della Kasa

Avropa Velosipedçilər Birliyinin prezidenti