Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan
Məktublar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan

Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizə şəxsən öz adımdan və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan çoxsaylı dostlarınız adından möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə sədaqətli dostlar və məsləkdaşlar arzu edirəm. Qoy Sizin hər bir təşəbbüsünüz uğurlu olsun.

Dərin hörmətlə, 

Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki