Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağdan
Məktublar

Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Sizə hamının şahidi olduğu inkişafa, rəhbərliyiniz sayəsində dost Azərbaycan xalqının nail olduğu tərəqqi və firavanlığa, ölkənizin beynəlxalq aləmdə mövqeyinin yüksəlməsinə xidmət edən fədakar fəaliyyətinizə, Azərbaycan xalqının və ölkə rəhbərliyinin dəyanət və qüdrəti hesabına dövlətinizin beynəlxalq birliyin təqdirini qazanmasına görə dərin minnətdarlığımızı ifadə edirik.

Sizin rəhbərliyiniz sayəsində Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlər təqdirəlayiq səviyyədə böyük inkişafa nail olmuşdur. Bu isə Elektron Media Birliyində biz jurnalistlərə və şəxsən mənə Azərbaycan xalqının, onun öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı hüquqlarının dəstəklənməsinə və erməni təcavüzünün pislənməsinə stimul vermişdir.

Jurnalist olaraq kütləvi informasiya vasitələrindəki rolumuz çərçivəsində beynəlxalq sahədə malik olduğumuz gücümüzlə öz qanuni hüquqlarına nail olanadək dost ölkənizə güclü dəstəyimizi nümayiş etdirmişik.

Biz təkcə ölkələrimiz arasındakı münasibətlərə deyil, həmçinin yüksək hesab etdiyimiz müdrik idarəçilik siyasətinizə, dövlətə rəhbərlik etmə gücünüzə və dünyagörüşünüzün zənginliyinə görə Sizə fəxr və təqdirlə yanaşırıq.

Sizi ürəkdən təbrik edir və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə, 

Feysəl Xəlifə Əl-Səvvağ

Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri