Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən
Məktublar

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, əziz dost.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Siz ali dövləti vəzifənizi peşəkarlıqla yerinə yetirərək ölkənizin mənafelərini ən yüksək səviyyədə qoruyur və onu beynəlxalq aləmdə layiqincə təmsil edirsiniz. Dövlətin qarşısında duran əsas vəzifələri səmərəli surətdə yerinə yetirmək, beynəlxalq məsələlərin həlli yollarını tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.

Cənab Prezident, icazə verin, Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və firavanlıq arzulayım.

Fürsətdən istifadə edərək Sizə, ailənizə və ölkənizə Yeni ildə ən xoş arzularımı bildirirəm.

Hörmətlə, 

Stepan Mesiç

Xorvatiya Respublikasının sabiq Prezidenti (2000-2010)