İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Qadın boksçular beynəlxalq turnirə hazırlaşır

Qadın və qız boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışını davam etdirir. Baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi ilə bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.

Gündə iki dəfə təşkil olunan məşqlərə liderlər cəlb edilib. Yanvarın 14-də başa çatacaq toplanışda əsas məqsəd millinin üzvlərinin hazırkı durumu ilə tanışlıq xarakteri daşıyır.

Qeyd edək ki, yığmamız Serbiyada beynəlxalq turnirdə 12 boksçu ilə təmsil olunacaq. Səfərə yollanacaq yığmanın heyəti toplanışın son günündə açıqlanacaq.

 

Bakı birinciliyində 150-dək cüdoçu tatami üzərinə çıxacaq

Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 21 yaşadək gənclər arasında Bakı birinciliyi keçiriləcək.

Yarışda Bakının 22 müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından 150-yə yaxın idmançı gücünü sınayacaq.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Birincilik fevralın 22-24-də keçiriləcək və 21 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.

Paytaxt birinciliyinə yanvarın 13-də yekun vurulacaq.

 

Azərbaycan Qran-Prisinə bilet satışı rekord həddə çatıb

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı davam edir. Bilet satışının göstəriciləri ötən illə müqayisədə iki dəfə artıb.

Göstəricilər son 6 yarışla müqayisədə rekord həddə çatıb. Biletlər ötən il dekabrın 15-dən satışdadır və yarışı izləmək istəyənlər 20 faiz endirimlə təklif olunan kampaniyadan yanvarın 15-dək yararlana bilərlər. Biletlər yarışadək satışda olacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".