ELAN
Reklam və elanlar

ELAN

Azərbaycan Respublikası Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi  "Azərbaycan Respublikası Ombudsman aparatı və regional qurumları üçün çağrı mərkəzi və interaktiv statistik modulunun yaradılması" fəaliyyəti üzrə məsləhət xidmətləri

Maraqların İfadəsi üzrə Bildiriş

A.2/1.3-1-MX-AF

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində "Ombudsman aparatı və regional qurumları üçün çağrı mərkəzi və interaktiv statistik modulunun yaradılması" fəaliyyətinin icrası nəzərdə tutulur. Fəaliyyətin məqsədi cağrı mərkəzi və interaktiv statistik modulun yaradılması ilə Azərbaycan Respublikası Ombudsman aparatının və regional qurumlarının idarəetmə potensialının gücləndirilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Tapşırığın ehtimal olunan müddəti 4 aydır.

Məsləhətçi şirkətlər müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət olunurlar. Maraq göstərən şirkətlər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən, habelə son beş il ərzində icra olunmuş ən azı oxşar iki layihə barəsində məlumatlar təqdim etməlidirlər. Onlar dövlət qurumları üçün proqram təminatının hazırlanması və tətbiqi sahəsində ən azı 10 illik təcrübəyə, informasiya sistemlərinin yaradılması, oxşar veb əsaslı proqram həllərinin təhlili və hazırlanması sahəsində ən azı 7 illik təcrübəyə malik olmalıdırlar. Azərbaycanda oxşar həllərin hazırlanması və tətbiqi üzrə təcrübəyə malik olanlara üstünlük verilir.

Məsləhətçi şirkət Dünya Bankının qaydalarına (iyul 2016-cı il, noyabr 2017-ci il və avqust 2018-ci il) müvafiq olaraq investisiya layihələrinin maliyyələşdirilməsi çərçivəsində borcalanlar üçün prosedurları nizamlayan "Məsləhətçinin İxtisası Seçim Üsulu"na əsasən seçiləcəkdir. Məsləhətçilər həmin qaydaların Bölmə III, 3.14, 3.16, 3.17 nömrəli bəndlərində göstərilən "Dünya Bankının maraqların toqquşmasına dair siyasəti"nə diqqət yetirməlidirlər. Onlar öz ixtisas bacarıqlarını gücləndirmək məqsədilə digər şirkətlərlə konsorsium/birgə müəssisə yarada bilərlər.

İştirakçılar məlumatları 2023-cü il fevral ayının 14-ü saat 18:00-dək aşağıda göstərilən ünvana ("Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi, AZ1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: [email protected], [email protected]) göndərə bilərlər.