Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 33 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 33 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 33 yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 880 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 562 nəfər müalicə olunaraq sağalıb, 10 min 81 nəfər vəfat edib. Aktiv xəstə sayı 237 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 917, indiyə qədər isə ümumilikdə 7 milyon 483 min 242 test icra olunub.

             

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 353 doza vaksin vurulub

Yanvarın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 353 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 122, ikinci doza vaksinlərin sayı 34, üç və daha çox doza vaksinlərin sayı 173, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 24-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 941 min 883, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 73, ikinci mərhələ üzrə 4 milyon 876 min 873, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 733, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 204-dür.