Şəhidlərin xatirəsinə ehtiram
Siyasət

Şəhidlərin xatirəsinə ehtiram

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rumıniya Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rumıniyanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.