Şabranda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans
Digər xəbərlər

Şabranda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans

Xalqımızın qəlbində əbədi heykələ dönmüş ümummilli lider Heydər Əliyev Azərbaycanın dahi oğlu olmaqla bərabər, dünyanın ən tanınmış tarixi simalarından biri, nadir şəxsiyyətdir. Bütün bunlar Şabran Rayon Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və milli-mənəvi dəyərlərimizin inkişafında rolu" adlı konfransda səslənmişdir.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şabranın mərkəzində ucalan heykəli qarşısına gül dəstələri düzüblər. Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə Məmmədova konfransı giriş sözü ilə açaraq sözü qonaqlara vermişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru Mübariz Əmirovun "Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində rolu", AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Məhəmməd Əliyevin "Elm, təhsil və mədəniyyətimizin inkişafında Heydər Əliyevin rolu", Əməkdar jurnalist Heydər Əliyevə həsr olunmuş 22 sənədli filmin ssenari müəllifi Sadıq Elcanlının "Heydər Əliyev və Azərbaycan televiziyası", Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyevin "Heydər Əliyevin mədəni irsimizin inkişafındakı rolu", barədə çıxışları maraqla dinlənilmişdir.

Ziyafəddin BAYRAMOV.