Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 85 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 816 nəfər müalicə olunaraq sağalıb, 10 min 96 nəfər vəfat edib. Aktiv xəstə sayı 173 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 619, indiyə qədər isə ümumilikdə 7 milyon 496 min 659 test icra olunub.

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Fevralın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 943 min 868, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 706, ikinci mərhələ üzrə 4 milyon 877 min 327, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 507, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 328-dir.