İmişli:  Küçə  və  parklar  gözəlləşir  
Region

İmişli:  Küçə  və  parklar  gözəlləşir  

Bölgələrimiz

Respublikamızın  hər  yerində  olduğu  kimi,  2023-cü  ilin  ilk  ayından  başlayaraq  İmişli  şəhərində  də  tikinti,  abadlıq-quruculuq  işləri  geniş  vüsət  alıb.  Köhnə ildə   dağıntılara  məruz  qalmış  şəhərin  küçələri  memarlıq  tələblərinə  uyğun  olaraq  yenidən  qurulur. Görülən  işlər  çərçivəsində  İmişli  şəhərinin  M.Əsədov,  20  Yanvar  küçələrindəki  piyada  səkilərində  aparılan genişmiqyaslı  təmir-bərpa  işləri  başa  çatdırılıb. Burada  piyadaların  rahat  və  təhlükəsiz  gediş-gəlişinin  təmin  olunması  üçün  səkilərə  yeni  səki  daşları  düzülüb,  normativə  uyğun  əlil  arabaları  üçün  panduslar  qoyulub.  Müasir  işıqlandırma  sisteminin  qurulması  yeni  layihədə  öz  əksini  tapıb. Ərazidə  yaşıllıqların  suvarılması  üçün  su  xəttinin  çəkilməsi   nəzərə  alınıb   və  oturacaqların  quraşdırılması  üçün  xüsusi  yerlər  ayrılıb.

İşlərin  keyfiyyətlə  həyata  keçirilməsi  daim  nəzarətdə  saxlanılmaqla,  hazırda  rayonun  ayrı-ayrı ünvanlarında  başlanılmış abadlıq, quruculuq  və  yenidənqurma  işləri  davam  etdirilir.                                      

                 Ərəstun  ABDULOV,    

                 “Respublika”.