Minnətdarlıq
Sosial həyat

Minnətdarlıq

İkinci Qarabağ müharibəsində minlərlə igid, qəhrəman oğullarımız Vətən uğrunda canlarından keçdilər. Onların arasında oğlum, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin giziri, Vətən müharibəsi şəhidi Mahir Paşayevin də adı var. Şəhidlərimiz bu gün bütün Azərbaycanın övladlarıdır. Bu, xalqımızın sevgisindən dövlətimiz tərəfindən bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, böyük hörmətdən də aydın görünür. Ölkə başçımız İlham Əliyev şəhid ailələrinə, müharibə iştirakçılarına hər zaman xüsusi həssaslıqla yanaşır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlət məmurları da şəhid ailələrinə qayğı göstərir, onların problemlərinin həlli istiqamətində mühüm işlər görürlər. Bu il fevral ayının 15-də daxili işlər naziri Vilayət Eyvazovun vətəndaşlarla keçirdiyi görüşdə şəhid anası kimi mən də iştirak edirdim. Nazir problemlərimiz, qayğılarımızla maraqlandı.  Oğlum Afiq Paşayevin işlə təmin olunmasını xahiş etdim. Qısa müddət ərzində problemimiz öz həllini tapdı. Oğlumu Cəlilabad Rayon Polis bölməsinə işə qəbul etdilər. Şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsinə yaratdıqları şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya ailəmiz adından minnətdarlığımı bildirirəm.

Mətanət PAŞAYEVA.