Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 28 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 28 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 28 yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 209 nəfər müalicə olunaraq sağalıb, 10 min 114 nəfər vəfat edib. Aktiv xəstə sayı 154 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1205, indiyə qədər isə ümumilikdə 7 milyon 519 min 926 test icra olunub.                                                                    

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 396 doza vaksin vurulub

Fevralın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 396 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 111, ikinci doza vaksinlərin sayı 123, üç və daha çox doza vaksinlərin sayı 144, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 18-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 948 min 332, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 992, ikinci mərhələ üzrə 4 milyon 878 min 784, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 977, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 579-dur.