Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

Qadınlara ilk dəfə seçki hüququnun verilməsi

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib   bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə , bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Qadınlara ilk dəfə seçki hüququnun verilməsi"ni oxuculara təqdim edirik.

"Respublika".

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatına təsir edən ən mühüm hadisələrdən biri ilk dəfə 1893- ildə Yeni Zelandiyada qadınlara seçki hüququnun verilməsidir. İlklərin beşiyi olmuş bu ölkə "Köhnə Dünya"dan qalma mühafizəkar düşüncələri qəti surətdə rədd edən liberalizmin böyük qüvvəsi hesab olunub. Sosial islahatların dəstəklənməsi əzmkarlıq Yeni Zelandiyanın seçki hüququ təşəbbüskarlarına istəklərini reallaşdırmağa əlverişli zəmin yaradıb. Hazırda da öz məşhurluğunu qoruyan "Qadınlara seçki hüququnun verilməsinə dair ərizə" bu prosesdə həlledici rol oynayır. Əhalinin yetkinlik yaşına çatmış qadınlarının təxminən dördə birinin imzaladığı sözügedən ərizə Yeni Zelandiya digər qərb ölkələrində bu yönümdə ən böyük həcmli sənəd sayılıb. Mənbəyini Yeni Zelandiyadan götürən bu hərəkat daha sonralar bütün dünyaya səs salıb.

İnsan hüquq azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə çevrilməklə vətəndaş cəmiyyətinin başlıca meyarı hesab edilirSeçki hüququ olduqca geniş bir məfhum olan demokratiyanın fundamental prinsiplərindəndir. Azad şəkildə seçmək seçilmək kimi tanınan hüquqlardan istifadə isə vətəndaş ilə dövlət arasında tənzimləyici körpü rolunu oynayır. Başqa sözlə, vətəndaş məhz seçib-seçilmək hüququ əsasında dövlətin idarəçiliyində yer alır, ictimai-siyasi proseslərdə iştirakçılıq hüququ qazanır.

Bu gün ümumi seçki hüququ cinsi, irqi, sosial status, təhsil ya zənginlik səviyyəsi məhdudiyyətləri olmayan səsvermə hüququndan ibarətdir. Bu seçki hüququ çox zaman bir bölgənin bütün sakinlərinə verilmir - müəyyən yaş məhdudiyyəti, zehni qabiliyyət imkanı ya cinayət törətmələrinə görə səsvermə hüquqları məhdudlaşdırıla bilər. Bu isə istisna hal kimi qeyd edilir. Vurğulandığı kimi, demokratiya anlayışında cinsi fərq seçki hüququnu məhdudlaşdıra bilməz.

Qadınların seçib-seçilmək hüququnun tanınması tarixin ən qalmaqallı hadisələriylə müşayiət olunub. Hətta bəzi ölkələrdə bu proses nəinki onilliklər, yüzilliklərlə davam edib. Qadınlara seçki hüququnun verilməsi isə əsasən XX əsrdə kütləvi hal alıb. Hətta Qərbin bəzi ölkələri burada ən geridə qalmışlardan sayılır. Məsələn, özünü demokratiyanın beşiyi sayan Fransa kimi...

Hələlik isə gəlin, qadın seçki hüququnun tanınması ilə bağlı tarixi xronologiyaya nəzər salaq. 1819-cu ildə 60-80 min insan Böyük Britaniyanın Mançester şəhərinin Müqəddəs Pyotr meydanına yığışaraq qadınların seçki hüquqlarının olmamasına etiraz etmişdilər. Tarixçi Robert Pool bu etirazlar zamanı baş vermiş Peterloo qırğınını öz dövrünün ən mühüm hadisələrindən biri kimi dəyərləndirmişdir. Yeri gəlmişkən, "Peterloo" filmində bu etirazlara yardım edən qadınların iştirakı əks etdirilib.

Qadınlara seçib-seçilmək hüququnun verilməsi uğrunda uzun müddət mübarizə aparılıb. Bu hüquq ilk dəfə qısamüddətli olsa da Nyu-Cersinin (indiki ABŞ ştatı, həmin dövrdə müstəqil subyekt idi) 1776- ildə qəbul edilmiş ilk konstitusiyasında nəzərdə tutulmuşdu. Konstitusiyaya görə seçki hüququ yalnız subay torpaq sahibi olan qadınlara verilirdi. 1844- ildə isə konstitusiyada dəyişiklik edilərək səsvermə hüququ yalnız kişilərə verilmişdi.

1840- ildə Havay krallığında qadına seçki hüququ verilsə , onlardan bu haqq 1852-ci ildə geri alınır. 1860- illərdə İsveçdə, Böyük Britaniyada ABŞ-ın bəzi qərb ştatlarında azsaylı qadına səsvermə hüququ verilmişdi. Afrikanın müstəqilliklərini yenicə qazanmış ölkələrində isə  qadınlar seçki hüququnu 1960- illərdə əldə etdilər. Milli müstəqilliyə nail olmaqla əksər keçmiş müstəmləkə ölkələri həm qadınların, həm kişilərin səsvermə hüququna təminat verən konstitusiyalar hazırladı. Hazırda yalnız bəzi ölkələrdə qadınlar ya qismən, ya da tamamilə seçki hüququndan məhrumdurlar.

1893- ildə  Yeni Zelandiya qadınlara səsvermə hüququ verən ilk ölkə kimi tarixə düşdü. Bu təşəbbüs isə Keyt Şeppard adlı ingilis qadını tərəfindən irəli sürüldü. O, Britaniya Sarayının icazəsi qubernatorun rəsmi qərarı ilə keçirilən seçkilərdə ilk qadın seçici olaraq iştirak etdi. 1894- ildə isə Cənubi Avstraliyada qadınlara həm səsvermə, həm parlament seçkilərində namizəd olma hüququ verildi. Rusiya imperiyasının tərkibində olan Finlandiya knyazlığında da qadınların həm səsvermə, həm namizəd olma hüququ tanınmışdı. Əksər böyük Qərb dövlətləri isə yalnız XX əsrin əvvəlində, müharibələrarası dövrdə qadınların səsvermə hüquqlarını tanıdıKanada 1917, İngiltərə Almaniya 1918, Avstriya Hollandiya 1919, ABŞ isə 1920-ci ildə bu hüququ qadınlara verdi.

Qadınlara seçki hüququnun verilməsi əleyhinə təbliğat aparanların əsas arqumenti isə ondan ibarət idi ki, qadınların yeri seçki məntəqələri yox, onların evidir. Qadın haqları ilə bağlı siyasi karikaturalar təhqirlər davamlı olaraq Qərb jurnallarını bəzəyirdi. Hətta bu təbliğatla məşğul olan qanuni qeydiyyatdan keçmiş təşkilatlar da fəaliyyət göstərirdi. Bu təşkilatlardan biri Massaçusets Əks Assosiasiyası idi. Bu təşkilat 1880-ci illərdə xeyli fəal idi.

Qadınların seçki hüququnun əleyhinə olan bir çox şəxslər siyasətdəki qadın ideyasını tənqid obyektinə çevirmişdi. Onlara görə qadınlara seçki hüququnun verilməsi tərəfdarlarının həyatda qadın kişinin yerini dəyişdirmək istəyindən irəli gəlirdi. Bəziləri seçki hüququnun verilməsi tərəfdarı olan qadınların tam yuxarıya daranmış saçlarını gülüş  obyektinə çevirirdi. Bəziləri isə yazılarında qadınların bu hərəkata qoşulmasına səbəb kimi onların həyatda müəyyən uğursuzluğa məruz qalmasını göstərirdilər. Bu uğursuzluqlardan ən başlıcası isə evlənə bilməmələri idi.

Göründüyü kimi, XIX əsrə qədər qadınların səsvermə hüququ yalnız istisna ünvanlarda mövcud idi. Hətta həmin ərazilərdə bir qayda olaraq məhdudiyyətlər istisnalar vardı - mülkiyyət ixtisası, ailədə, cəmiyyətdə mövqe s.

Maraqlıdır ki, özünü "demokratik dünya"nın ən prioritet ünvanı, hətta beşiyi kimi təqdim edən Fransada qadınların bu hüquqları yalnız XX əsrin ortalarında tanındı. Xatırladaq ki, 1789-cu il Fransa inqilabı zamanı Fransada mütəşəkkil qadın hərəkatı yaranmışdı. Qadınlar inqilabi aksiyalarda fəal iştirak etmiş, öz təşkilatlarını yaratmış, bərabərlik uğrunda mübarizəyə həsr olunmuş jurnal belə nəşr etmişdilər. 1791-ci ildə Milli Assambleyaya Olimpiya de Quj tərəfindən hazırlanmış qadınların tam sosial siyasi bərabərliyinin tanınmasını tələb edən Qadın Vətəndaşların Hüquqları Bəyannaməsi təqdim edilmişdi. Lakin qadın bərabərliyi ideyası rədd edildi 1793- ilin sonunda Fransada qadın təşkilatlarının fəaliyyətinə son qoyuldu. Hərəkatın dirçəlişi bir XIX əsrin ortalarında baş verdi 1882-ci ildə Fransa Qadın Hüquqları Liqası meydana çıxdı, fransız qadınlarının seçki hüququ 1944- ildə tanındı. Həmin vaxt Şarl de Qoll hökuməti bunu səsverməyə çıxardı 51 lehinə, 16 əleyhinə səslə qərar qəbul edildi. Həmin vaxt Fransa təxminən on il idi ki, qadınların seçki hüququnu tanımayan yeganə Qərb ölkəsi idi. Beləliklə, fransız qadınları 21 aprel 1944- ildə Fransa Müvəqqəti Hökumətinin dekreti ilə seçkilərin tamhüquqlu iştirakçıları oldular. Qadınların kişilərlə bərabər iştirak edə bildiyi ilk genişmiqyaslı seçki isə 21 oktyabr 1945-ci ildə keçirilən parlament seçkiləri oldu. Fransız Əlcəzairinin yerli müsəlman qadınları isə yalnız 3 iyul 1958-ci il tarixli fərmanla səsvermə hüququ əldə etdilər.

Azərbaycan isə nəinki Şərqin, həm Avropanın ən demokratik ölkəsi hesab edilir. Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə məhz Azərbaycan olub. Ancaq təəssüf ki, bu gün dünyaya demokratiya dərsi keçməyə çalışanlar, "demokratiya sammiti" təşkil edənlər bəzən tarixi faktları unudurlar. Unudurlar ki, Azərbaycan Şərqdə qadınların seçki hüququnu tanıyan ilk ölkə olub. 1918-ci il mayın 28- Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ölkədə ən qısa müddətdə dərin demokratik transformasiyalar həyata keçirildi ki, bunun tərkib hissəsindən biri qadınların seçmək seçilmək hüququnun təmin edilməsi idi. Qadınlara səsvermə hüququnun verilməsi haqqında qanun general Uilyam Tomsonun komandanlığı ilə Britaniya qoşunlarının Bakıya desant çıxarmasından bir gün əvvələ təsadüf etdi. Bu qərar Milli Şura tərəfindən qəbul olundu. Azərbaycan qadınları İslam dünyasında ilk olaraq səsvermə hüququnu əldə etmiş, hətta bu baxımdan Avropa amerikalı həmkarlarının əksəriyyətini qabaqlamışdılar. Hətta İstiqlal Bəyənnaməsinin 4- bəndində qeyd olunur ki, "Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk cins fərqi gözləmədən ölkəsində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə vətəniyyə təmin edər".

Tarix əsl dərsdir. Sadəcə olaraq bu dərsi öyrənmək nəticə çıxarmaq lazımdır...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".