Ağacəkmə aksiyası
Region

Ağacəkmə aksiyası

Xalqımızın tarixində misilsiz xidmətləri olmuş dünyaşöhrətli şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini ədliyyə işçiləri də silsilə tədbirlərlə qeyd edirlər.

Tədbirlər çərçivəsində Xaçmaz rayon məhkəməsinin, həmçinin rayon icra hakimiyyətinin rəhbərliyinin və əməkdaşlarının birgə iştirakı ilə  Xaçmaz şəhərində ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək olmuşdur.

Aksiya zamanı təxminən 0.03 hektar ərazidə 100-dən çox müxtəlif növ dekorativ ağac əkilmiş, ərazidə olan bitkilərə qulluq göstərilmiş, yaşıllıq zonasında təmizlik işləri aparılmışdır.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.