Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 30-na təyin edilmiş iclasında baxılacaq.