Ağacəkmə aksiyası
Ekologiya

Ağacəkmə aksiyası

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin və YAP Naftalan Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə şəhərin Səfikürd kəndi istiqamətindəki  giriş hissəsində, Bayraq Meydanının ətrafında ağacəkmə aksiyası keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Naftalan Şəhər Təşkilatının sədri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən 100 ədəd zeytun, 40 ədəd Eldar şamı ağacları əkilib. Həmçinin, küləkdən qorunması üçün ağacların dibinə dirəklər basdırılıb və suvarılıb.

Zabit XƏLİLOV,

“Respublika”.