Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 828 min 906 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 548 nəfər müalicə olunaraq sağalıb, 10 min 143 nəfər vəfat edib. Aktiv xəstə sayı 215 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1519, indiyə qədər isə ümumilikdə 7 milyon 540 min 198 test icra olunub.                                            

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 230 doza vaksin vurulub

Martın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 230 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 79, ikinci doza vaksinlərin sayı 61, üç və daha çox doza vaksinlərin sayı 77, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 13-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 951 min 282, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 999, ikinci mərhələ üzrə 4 milyon 879 min 457, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 69, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 757-dir.