Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 65 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 65 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 65 yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 829 min 11 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 638 nəfər müalicə olunaraq sağalıb, 10 min 147 nəfər vəfat edib. Aktiv xəstə sayı 226 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1558, indiyə qədər isə ümumilikdə 7 milyon 543 min 617 test icra olunub.             

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 480 doza vaksin vurulub

Martın 14- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 480 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 188, ikinci doza vaksinlərin sayı 58, üç daha çox doza vaksinlərin sayı 197, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 37-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 951 min 923, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 405 min 257, ikinci mərhələ üzrə 4 milyon 879 min 551, üç daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 315, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 800-dür.