Bəşəriyyətin təkamülü  prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü  prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib   bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Oktyabr inqilabı" oxuculara təqdim edirik.

"Respublika".

Oktyabr inqilabı

Bəşəriyyətin təkamülü prosesində böyük rol oynayaraq tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri   1917-ci ilin  25 oktyabrında Rusiya imperiyasının paytaxtı Petroqradda baş vermiş inqilabdır. Tarixdə Oktyabr inqilabı olaraq silinməz izlər buraxan bu hadisə bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə nəinki Rusiya imperiyasının, eyni zamanda dünyanın siyasi - ideoloji xəritəsini dəyişmişdir. Bolşeviklərin qələbəsi, Vətəndaş müharibəsinin başlanması, Rusiya Sovet Respublikasının yaradılması ilə nəticələnən inqilabbütün insanlığın inkişafının gedişatına köklü surətdə təsir etmişdir. Belə ki, kapitalizmin ləğvi sosialist islahatlarının keçirilməsi məqsədi daşıyan Oktyabr çevrilişi inkaredilməz faktdır kibölünməz, toxunulmaz tənqid olunmaz vahid ideyalı, siyasi  partiyalı totalitar sosializm yaradılmasının başlanğıcını qoymuşdur.

1917-ci il oktyabrın 25- (yeni tarixlə noyabrın 7-)   Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko başqalarının təşkilatçılığı ilə baş verən çevriliş zamanı bolşeviklər müvəqqəti hökuməti devirərək hakimiyyətə gəldilər. "Avrora" kreyserindən havaya açılan top atəşi Petroqradda Qış Sarayına hücum üçün siqnala çevrildi. Kreyser sonradan Oktyabr inqilabının əsas simvolu oldu.

Buna səbəb isə XIX əsrin sonlarında Rusiyada daxili vəziyyətin olduqca gərginləşməsi, maliyyə probleminin yaşanması idi. Həmçinin torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm varlı təbəqə arasında baş verirdi. Belə bir zamanda rus hökuməti çarəni çar II Nikolayı qardaşı Mixail ilə əvəzləməkdə görürdü. Lakin bunun üçün çox gec idi. Çünki insanlar 9 yanvar 1905-ci ildə etiraz məqsədilə nümayiş keçirdilər. Nümayişdə əsasən saatlarının çoxluğundan yaşayış standartlarının aşağı olmasından şikayətlənirdilər. Rus əsgərləri hər hansı bir tədbir görmədən nümayişçilərə atəş açdılar. Nəticədə mindən artıq insan həlak oldu. Bu qırğın Rusiyada çox pis qarşılandı əlbəttə ki, öz növbəsində Rusiya hakimiyyətinə qarşı mənfi bir imic formalaşdırdı. Bu hadisə tarixə "qanlı bazar" adı ilə düşdü. Leninin tərəfdarları qədər sıxışdırılsa da, partiya quruldu. Çoxpartiyalı sistemə keçildi çar II Nikolay 1906- ildə konstitusiyanı qəbul etməli oldu.

Milad təqviminə görə 8 mart 1917-ci ildə başlanan etirazlar isə son dərəcə sülhsevər xarakter daşıyırdı. Hökumət maliyyə məsələlərinin ədalətli həllini tələb edən xalqa qarşı çox keçmədən zor tətbiq etməyə başladı. O zaman çar parlamenti buraxacağını söylədi. Parlamentin sədri isə dövlət idarəsinə əl qoyduğunu dedi. Beləliklə, Rusiya liberal idarə sisteminə keçdi.

Bu arada İsveçrədə olan Leninə tam dəstək Almaniyadan gəldi. Buna ən başlıca səbəb isə Rusiyanı müharibədən uzaqlaşdırmaq idi. Lenin Plexanovun görüşlərindən təsirlənərək Marksizm-Leninizm ideyalarını irəli sürürdü. Rusiyada elə bu dövrdə ümumi bir tətil baş verdi. Belə ki, işçilər öz yerlərindən çıxaraq çarın sarayına hücum etdilər. Çarı taxtdan saldılar, Romanovların tərəfdarlarını həbs etdilər. Ölkə cümhuriyyət elan edildi. Keçici hökumət tətbiq edildi bu hökumətin başçısı əvvəl Milyukov, daha sonra Teresenko oldu. Ancaq hökumət yalnız burjualardan ibarət idi. Məqsəd yenə proletariat inqilabı səciyyəsi daşıyırdı. Leninin o zaman üçün olan bir şüarı bundan ibarət idi ki, "bütün iqtidar sovetlərdə cəmlənsin". Elə bu şüarla da inqilaba başladılar.

Beləliklə, 1917-ci ilin əvvəllərində Rusiyada inqilabi demokratik hərəkat daha da gücləndi. "Rədd olsun müharibə!", "Rədd olsun çar!" şüarları altında tətillər bütün ölkəni bürüdü. Bütün bu etiraz çıxışları göstərirdi ki, Rusiyada artıq ümummilli böhran ən yüksək səviyyəyə çatıb. Artıq çarizm ilə sazişə girməyə çalışan burjua dairələri çarın onun hökumətinin qətiyyətsiz hərəkətlərindən narazılığa başlamışdılar. 1917-ci il fevralın ortalarında böhran daha da dərinləşdi. Bəzi yerlərdə polis ilə toqquşmalar baş verdi. Qeyd edək ki, Fevral inqilabı Rusiya tarixində böyük əhəmiyyət kəsb edən hadisələrdən idi. O, Rusiya monarxiyasını dağıtdı. Rusiyanın azad demokratiya, liberal-demokratizm yolu ilə inkişafı üçün imkanlar açdı.

Doğrudur, Fevral inqilabı bir neçə ay ərzində Rusiyanı siyasi cəhətdən ən qabaqcıl ölkələr səviyyəsinə çatdırdı. Lakin bu siyasi uğurların sosial-iqtisadi cəhətdən möhkəmləndirilməməsi, daxili xarici siyasətdəki uğursuzluqlar, sinfi qarşıdurmaların daha da kəskinləşməsi həmin nailiyyətləri əldə saxlamağa imkan vermədi.

Fevral inqilabından sonra da Rusiyada ictimai-siyasi qüvvələr üç cəbhədə qruplaşmışdı: burjuaziya mülkədarlar, xırda burjuaziya (kəndlilər, şəhərin orta təbəqələri), fəhlə sinfi kəndin yoxsul təbəqələri. Rusiyanın gələcək inkişafı barədə onların hər birinin özünəməxsus proqramı məqsədi var idi. Bu dövrdə Rusiyada siniflərin sosial qrupların mənafeyini təmsil edən 90-a qədər siyasi partiya təşkilat fəaliyyət göstərirdi. Onlardan ən fəalları kadetlər, eserlər menşeviklər idi. Bolşeviklərin fəallığı artmışdı.

Beləliklə, 1917-ci ilin payızında inqilabi burjua demokratiyası mövqeyindən siyasət yürüdən, lakin ölkəni iqtisadi siyasi böhrandan qurtarmaq iqtidarında olmayan Müvəqqəti hökumətə qarşı iki siyasi alternativ yaranmışdı: hərbi diktatura proletariat diktaturası. Artıq avqustun axırı üçün Rusiyada hərbi diktatura yaratmaq təhlükəsi sovuşmuşdu. Qiyam ləğv edildikdən sonra kütlələr arasında bolşeviklərin onların tərəfdarlarının nüfuzu artmışdı. İmperialist müharibəsi Müvəqqəti hökumətin qətiyyətsiz daxili siyasəti isə ölkəni getdikcə uçuruma aparırdı. Ölkədə yaranmış ümummilli böhran getdikcə dərinləşirdi. "Sülh, torpaq çörək" tələblərinin həllinin sonu görünmürdü. Bundan istifadə edən Lenin, bolşeviklər hakimiyyətin hər vasitə ilə bolşevikləşmiş Sovetlərə verilməsini tələb edirdilər. 1917-ci il sentyabrın əvvəllərindən etibarən onlar silahlı üsyan yolu ilə dövlət çevrilişi etməyə hazırlaşırdılar. Nəhayət, 1917-ci il oktyabrın 25- partiya daxilindəki fikir ayrılıqlarına baxmayaraq, bolşeviklər kütlələrin Müvəqqəti hökumətin daxili xarici siyasətdə qətiyyətsiz fəaliyyətindən narazı hissələrinə arxalanaraq "sülh, torpaq çörək" şüarı altında dövlət çevrilişi etdilər. Həmin çevriliş nəticəsində burjua diktaturası devrildi bolşeviklər başda olmaqla proletariat diktaturası - Sovet hökuməti yaradıldı.

Tezliklə bütün planetin səmasını dəyişdirəcək Oktyabr inqilabı sosial inkişafın möhtəşəm gücünü ortaya çıxardı. Belə ki, işçi təbəqəsinin hakim təbəqə olduğunu cəmiyyətin siyasi əsasının köklü surətdə dəyişməsinin mümkünlüyünü sübut etdi. Bütün bu tarixi faktlar göstərdi ki, Vladimir İliç Leninin söylədiyi kimi, xalqın hakimiyyəti olmadan, sosialist hakimiyyətsiz sosializmə gedən heç bir yol olmayıb yoxdur.

Oktyabr qələbəsi həmçinin xüsusi mülkiyyətin aradan qaldırılması ictimai özünəməxsusluğun əsasını qoyaraq, iqtisadi asılılığın nəticəsi olan yüzillik istismara son qoymaq imkanları yaratdı. İstehsalatdakı anarxiya öz yerini elmli, planlı təsərrüfata verdi ki, bu da  zəhmətkeşlərə mənəvi  möhkəmlik bəxş etdi. Zəhmətkeşlər mədəni həyatın üzvünə çevrildi, mənəvi dəyərlərin yaradıcıları oldular. Sosialist inqilabı ölkədəki nasionalist sualları tamamilə həll etdi. Oktyabr qələbəsi həm milli qurtuluş qələbəsi idi.

Böyük Oktyabrın əsas nəticəsi isə Azərbaycanda qardaş sosialist ölkələrdə olan həqiqi sosializmin yaratdığı cəmiyyətdir. Gələcək insanlığın necə olmasına bariz nümunə olan bu cəmiyyətin məhz işçilərin özləri tərəfindən əsası qoyuldu. Sovet xalqının əməyi nəticəsində çox qısa zaman ərzində həyatın hər bir sahəsində- həm elmi, həm mədəni sahədə inkişaf özünü göstərdi.

Oktyabr inqilabı həmçinin dünyəvi inqilab prosesinin gedişatına böyük təkan verməklə dünya inqilabçılarını da ruhlandırdı. Avropada, Asiyada Latın Amerikasında hər bir ardıcıl uğurlu sosialist inqilabları bir daha Leninin söylədiyi fikirlərdə Oktyabr inqilabının digər dünya ölkələrində təkrar olacağı barədə etdiyi çıxarışın dərəcədə səmimi olduğunu sübuta yetirdi. Oktyabr təcrübəsi ilə sosialist ölkələrinin birləşməsi sosial inkişafın, demokratiyanın sosializmin əsas faktoru oldu. Böyük Oktyabr əzilən xalqların milli-azadlıq hərəkatı kolonial sistemin çökdürülməsində yeni perspektivlərə yol açdı. 1917-ci ilin oktyabrından sonra dünya xalqlarının ümumbəşəri inkişafı eyniadlı inqilabın beynəlxalq əhəmiyyəti barəsində onun qiymətləndirməsinin düzgün olduğunu sübuta yetirdi.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".