İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

İlham Zəkiyev turnirin qalibi olub

Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Azərbaycan millisinin üzvü, ikiqat paralimpiya çempionu İlham Zəkiyev qızıl medal qazanıb. O, bütün rəqiblərinə qalib gələrək yarışı birinci pillədə başa vurub. Həmçinin "Tokio-2020" Yay Paralimpiya Oyunlarının qalibi Xanım Hüseynova (70 kq) da qızıl medala layiq görülüb.

Qeyd edək ki, daha öncə Namiq Abaslı (73 kq) turnirin qızıl medalına sahib olub.

 

Yunan-Roma güləşi üzrə millimizin uğuru

Rumıniyanın Buxarest şəhərində keçirilən U-23 Avropa çempionatı çərçivəsində yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub. Millimizin 4 üzvü fəxri kürsüyə qalxıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb.

Toplamda 123 xal toplayan yığmamız komanda hesabında dördüncü yeri tutub. Millimiz ilk üçlükdə yer alan Türkiyə (127), Ukrayna (126) Gürcüstandan (125) az fərqlə geri qalıb. Medalların əyarına görə, 3 qızıl 1 gümüş medalla məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub. Yarışı komanda hesabında çempion olan Türkiyə qızıl medalsız, Ukrayna Gürcüstan isə bir qızıl medalla başa vurub. Millimiz bu yarışda 2 rekordunu yeniləyib. Komandamız həm toplanan xallara, həm medalların əyarına görə özünün ən yaxşı nəticəsini göstərib.

 

Cüdo üzrə "Böyük dəbilqə" turnirinin heyəti açıqlanıb

Martın 24-26-da Tbilisidə cüdo üzrə "Böyük dəbilqə" turniri keçiriləcək. Turnirdə 61 ölkədən cüdoçular mübarizə aparacaqlar. Ölkəmizi 13 cüdoçu - Kəramət Hüseynov, Turan Bayramov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Camal Həmzətxanov (100 kq-dan yuxarı), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) Fidan Əlizadə (57 kq) təmsil edəcək.

 

Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı

Martın 24-25- bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı keçiriləcək. Milli Gimnastika Arenasında təşkil olunacaq çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər 2007-ci il təvəllüdlü böyük yaşlı idmançılar fərdi qrup hərəkətləri proqramında çıxış edəcəklər. Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, "Grasiya" idman klubu, Zirə Sumqayıt üzrə ümumilikdə 38 gimnast gücünü sınayacaq. Fərdi gimnastlar arasında qaliblər ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip (gənclər), 3 lent 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".