Avropa Parlamentinin növbəti  riyakarlığı
MÜSAHİBƏLƏR

Avropa Parlamentinin növbəti  riyakarlığı

Avropa Parlamentinin növbəti dəfə Azərbaycana qarşı qərəzli həqiqəti əks etdirməyən qətnamə barədə Azərbaycan Texniki Universitetinin professoru, fəlsəfə elmləri doktoru, politoloq Qabil Hüseynli qərb parlamentarilərinin ikili standartlara söykənən yanaşmasını şərh edərkən deyib:

- 30 ildən artıq erməni təcavüzünü görməməyə çalışan Avropa Parlamenti indi Azərbaycanın Ermənistana hansısatəcavüzündəndanışır. Bu, sözün əsl mənasında, siyasi böhtan, siyasi əllaməlik üstəlik, Azərbaycanın suveren hüquqlarına hörmətsizlikdir. Avropa Azərbaycan-Ermənistan arasında sülhə vasitəçilik etmək istəyir rəsmi Bakı onun bu məsələyə obyektiv yanaşacağına ümid edir. Azərbaycan bu addımı atarkən qərbin ədalətli olacağını, Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzünə bunun nəticəsində 1 milyondan artıq azərbaycanlının el-obasından didərgin salınmasına həmin torpaqlarda daşı daş üstündə qoymamasına ədalətli yanaşacağını güman etmişdir. Ermənilərin işğalçılıq siyasəti nəticəsində Qarabağda yaşayan insanların uzun illərdən bəri əldə etdiyi maddi sərvətləri, əziyyətlə tikdiyi evləri, tarixi mədəni abidələr, bütövlükdə 69 məsciddən 67-si yer üzündən silinmişdir. Məscidlərimizdə isə İslam dininə zidd olaraq donuz saxlamaları, tövləyə çevirmələri, sözün əsl mənasında, vandalizm aktıdır.

Erməni vəhşiləri Şuşa şəhərindəki Azərbaycanın incəsənət xadimləri olan Bülbül, Üzeyir Hacıbəyli, eləcə Xan qızı Natəvanın heykəllərini gülləbaran etmiş, yararsız hala salmış, habelə ölkəmizin fauna florasına böyük ziyan vurmuşdular. Ermənilər tərəfindən Kəlbəcərdə təxminən 200 hektarlıq palıd meşəsi, Zəngilanda isə 150 hektarlıq çinar meşəsi məhv edilib.

Qabil Hüseynli daha sonra qeyd edir ki, Azərbaycana vurulan zərərin dəyəri ən azı 250 milyard dollardan artıqdır. Azərbaycan hələlik bu məbləğin müharibə təzminatı kimi gündəliyə gətirilməsini istəmir. Lakin beynəlxalq məhkəmələr vasitəsilə Xocalıda törədilmiş soyqırımı Qarabağın digər yaşayış məskənlərində törədilmiş hərbi cinayətləri Haaqa məhkəməsinə daşımaqla ermənilərə qarşı ciddi iddialar həyata keçirmək niyyətindədir. Sadəcə olaraq sülhyaratma prosesinin sürətlənməsi üçün indi bu məsələlərin qaldırılmasına səy göstərilmir. Amma sadaladığım nüansların heç birinin üstündən keçilməyəcək ermənilər həm təbiətimizə, həm maddi mənəvi mədəniyyət nümunələrinə qarşı törətdiyi soyqırıma görə cavab verəcəklər. Beləliklə, Avropa Parlamenti nədənsə, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq əvəzinə, ölkə ərazisində yaşayan bir ovuc erməninin separatizm hərəkətlərinə rəvac verməsini dəstəkləyir. 90- illərdə Moskvanın ermənilərə verdiyi dəstək sayəsində Azərbaycanın 20 faiz ərazisi işğal edilmiş orada qeyd etdiyim kimi, 1 milyondan artıq insan etnik təmizlənməyə məruz qalmışdır. İndi Azərbaycanın etmədiyi təcavüzdən danışmaq həqiqətən dərin heyrət doğurur. Avropa Parlamentinin bu məsələdə qədər naşı olduğu, qərəzli yanaşdığı aydın görünür. Bax, buna görə qurumun qəbul etdiyi saxta bəyanatlarla dolu qətnamələr regionda dayanıqlı sülhün yaradılmasını deyil, əksinə, silahlı qarşıdurmanı alovlandırır. Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, hələ Şərqi Zəngəzurda qalmaqda olan 10 mindən çox erməni silahlı qüvvələrinin qalıqlarının bu ərazilərdən çıxarılmasına səy göstərmir. Lakin Laçın-Xankəndi yolunun blokada edilməsi haqqında yalan bəyanatlar verir. Alternativ yollarla daşınılan silahlardan danışmır. Bu olanlar Avropanın sülhyaratma istiqamətində atdığı addımlara zərər vura, nəticə etibarilə Avropa İttifaqını bu proseslərdən kənar qoya bilər. Hesab edirəm ki, AP ədalətli mövqe tutmalı, kimin təcavüzkar, kimin təcavüzə məruz qalmasını ayırd etməlidir. Sayları 20-25 min nəfərdən artıq olmayan ermənilərə suveren ərazilərimizdə hansısa status verilməsinə səy göstərməməlidir. Dilləri topuq vura-vura gah ərazi bütövlüyü, gah da ermənilərin öz müqəddəratını təyin etməsilə bağlı sərsəm iddialar səsləndirməməlidir. Avropa Parlamentinin bu fikirləri beynəlxalq hüququn norma prinsiplərinə, ki, dünya düzəninin formalaşması ilə bağlı mövcud olan hüquqi nəzəriyyələrin məzmununa uyğundur. AP belə bir sərsəm addım atmaqla, iki ölkə arasındakı silahlı toqquşmaları yenidən gücləndirə bilər.

Musa BAĞIRLI,

"Respublika".