NAFTALANDA ŞƏHİD VƏ QAZİ ÖVLADLARI İLƏ BİRGƏ BAYRAM ŞƏNLİYİ
Region

NAFTALANDA ŞƏHİD VƏ QAZİ ÖVLADLARI İLƏ BİRGƏ BAYRAM ŞƏNLİYİ

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı əsasında "Chinar Hotel & SPA Naftalan"da şəhid qazi ailələri ilə İlaxır çərşənbə bayramı münasibətilə tədbir təşkil olunub. Tədbirdə şəhid qazi ailələri, şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri digər məsul əməkdaşlar iştirak edib. İlk öncə ulu öndər Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xalq artisti Şahnaz xanım Haşımova, Azərbaycan Rəqs Kubokunun qalibi, "Cahid" rəqs ansamblı, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş Muğam müsabiqəsində Qran-Pri mükafatına layiq görülmüş Tunar Salahov geniş konsert proqramı ilə çıxış ediblər. Həmçinin hotelin həyətində şəhər rəhbəri, şəhid qazi övladları birgə ağac əkiblər.

Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti, Keçəl Kosanın şən zarafatları tonqal ətrafına yığışan uşaqlar tərəfindən böyük coşqu ilə qarşılanıb, uşaqlara xoş bayram əhvali-ruhiyyəsi bəxş edib.

Şəhid ailələri qazilər ölkədə yaradılan əmin-amanlığa, firavan xoş günlərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını ifadə etmişlər.

Zabit XƏLİLOV,

"Respublika".