Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Bitkilər təkcə oksigen qaynağı deyilmiş...

İndiyə qədər  bitkilərin planetimiz üçün daha çox oksigen mənbəyi olduğunu zənn edirdik. Lakin  "ACS Applied Materials & Interfaces" akademik jurnalında dərc edilən yeni araşdırmaya görə, bitkilərdən həmçinin elektrik mənbəyi kimi istifadə etmək mümkündür. Belə ki, araşdırma zamanı məlum olub kibitkilər fotosintez prosesi zamanı həm   elektrik enerjisi istehsal edə bilir.

Məlum olduğu kimi, elektrikin əsasını elektronlar təşkil edir ki, onların hərəkəti sayəsində   elektrik enerjisi yaranır. Lakin elektronların işi təkcə bununla kifayətlənmir. Bütün canlıların vücudunda elektronlar dövr edir. Elə alimlər məhz bu məntiqlə yola çıxaraq karbon qazı ilə suyun işıqla birləşdikdə oksigen şəkərə çevrilməsi (fotosintez) zamanı elektron paylanmasını araşdırıblar. Nəticədə tədqiqatçılar bitkilərdən  bio-günəş batareyası kimi istifadə oluna biləcəyi qənaətinə gəliblər.

Tədqiqat zamanı buz çiçəyi bitkisindən istifadə edən elm adamları, yarpaqlardan birinə anod (dəmir) katod (platin) ucluq yerləşdiriblər. Məlum olub ki, sözügedən bitki fotosintez edərkən  0,28 Volt elektrik cərəyanı istehsal edə bilir. Əslində əldə edilən elektrik enerjisi hər hansı bir texnoloji qurğunu çalışdırmaq üçün kifayət qədər olmasa da, alimlər bunun yalnız bir yarpaqdan əldə edilən nəticə olduğunu deyirlər. Onların fikrincə, quraşdırdıqları qurğu bir neçə yarpağa təchiz edilərsə, yaranan gərginliklə bəzi texnoloji cihazları çalışdırmaq mümkündür. Hətta alimlər gələcəkdə  bu üsuldan istifadə edərək elektrikli avtomobillərin yalnız bitkilərin köməkliyi ilə şarj edilə biləcəyini iddia edirlər.

 

Həyatımızı asanlaşdıracaq ixtiralar

ABŞ-ın Northwestern Texas Universitetinin alimləri həyatımızı asanlaşdıracaq  iki yeni ixtiraya imza atıblar. İxtiralardan biri yaranı tez bir zamanda sağaldan "ağıllı sarğı", digəri isə gözlə görünə bilməyən  toz hissəciklərini  təmizləyən qurğudur.

Northwestern Universitetinin alimlərinin hazırladıqları "ağıllı sarğı" elektrodlardan, enerji toplama bobinindən sağalma prosesinə kömək edən sensorlardan ibarətdir. Heyvanlar üzərində aparılan sınaqlar zamanı  sarğının  hətta yarım saat ərzində yaranı sağalda biləcəyi təsbit edilib. Zədələnmiş nahiyəyə ötürülən elektronlar sayəsində dəri toxumasının daha tez yeniləndiyi, hüceyrələrin isə təxminən 30 faizdən çoxunun bərpa olunduğu müşahidə edilib. Yeni texnologiyanın yaxın zamanda  insanlar üzərində sınaqlarına başlanılması planlaşdırılır.

Texas Universitetinin tədqiqatçılarının isə ixtira etdikləri  təmizləyici qurğu gözlə görünə bilməyən toz hissəciklərinin səthə yapışmasının qarşısını ala bilir. Tədqiqatçılar  qurğunun hazırlanmasında  toz hissəciklərinin hər hansı bir səthə yapışmasını əngəlləyən nanoölçülü şəbəkələrdən istifadə ediblər. Sınaqlar zamanı təmizləmə prosesi bitdikdən sonra  səthə yapışan toz hissəciklərindən  98 faizinin kənarlaşdırıldığı müşahidə edilib. İnformasiyanı trthaber.com veb saytı yayıb.

 

NASA yeni nəsil skafandrını təqdim edib

ABŞ-ın Milli Aeronavtika Kosmos İdarəsi (NASA) "Artemis" missiyası çərçivəsində gələcək astronavtların Ay səthində tədqiqatları üçün nəzərdə tutulmuş yeni nəsil skafandrını (kosmik geyim) təqdim edib.

Geyim dəsti "Axiom Space" adlı özəl şirkət tərəfindən hazırlanıb. Yeni nəsil skafandr əvvəlki geyim modellərindən daha rahat hərəkət təminatı ilə fərqlənir. Məsələn, astronavt sözügedən skafandr daxilində daha komfortlu şəkildə hərəkət edə, əyilə diz üstə çökə bilər.

Bununla yanaşı, skafandra astronavtlara lazım olacaq müxtəlif növ cihazlar da yerləşdirilib. Dəstin dəbilqə hissəsinə yüksəkkeyfiyyətli kamera yerləşdirilib ki, bunun sayəsində görüntünü birbaşa Yer kürəsinə ötürmək mümkündür. Bundan əlavə, dəbilqə bir neçə ədəd fənərlə təchiz edilib. Skafandrın arxa hissəsində astronavtın həyat dəstəyi üçün nəzərdə tutulmuş bel çantası mövcuddur. Məlumata görə, sözügedən skafandr astronavtın ekstremal soyuq temperaturdan qorunmasını təmin edir.

Qeyd edək ki, skafandrın qara rəngli versiyası sadəcə effektli təqdimat üçün sərgilənib. Reallıqda isə astronavtlar skafandrın rəngli versiyasından istifadə edəcəklər. rəngli versiya öz növbəsində astronavtları yüksək temperatur göstəricilərindən qoruyacaq. Yeni nəsil skafandrdan "Artemis III" missiyası çərçivəsində istifadə ediləcək. Plana əsasən bu missiya 2025-ci ildə reallaşdırılacaq onun çərçivəsində astronavtlar Ay səthinə ayaq basacaqlar.

 

"Google" daha bir layihəyə imza atdı

"Google" şirkəti səhiyyə sahəsi üçün nəzərdə tutulmuş maraqlı təşəbbüsünün anonsunu verib. Belə ki, şirkətin Google Health komandası neyron şəbəkələri əsasında olan süni zəka sistemləri maşın öyrənmə (Machine Learning) texnologiyasından istifadə edərək hazırladıqları dil modeli barəsində məlumat verib.

Şirkət səhiyyə sahəsi üçün Med-PaLM 2 adlı süni zəka əsaslı ixtisaslaşmış dil modeli hazırlayıb. Qeyd edək ki, sözügedən dil modelinin birinci versiyası keçən ilin sonunda təqdim edilmişdi. O, tibb sahəsi ilə əlaqəli olan suallara yüksəkkeyfiyyətli cavabların təqdim edilməsi üçün nəzərdə tutulub. Hansı ki, bu model ABŞ-da tibbi lisenziyanın əldə edilməsi üçün nəzərdə tutulmuş  test suallarının 60 faizindən çoxuna düzgün cavab vermiş ilk süni zəka sistemidir

Məlumata görə, sözügedən sistemin ikinci versiyası olan Med-PaLM2 isə sualların 85 faizinə ekspert səviyyəsində daha dəqiq cavab verir. Bu isə süni zəka əsaslı dil modelinin ilk versiyasının sərgiləmiş olduğu göstəricidən 18 faiz daha çoxdur.

Məlumatda qeyd edilib ki, Google Health komandası Med-PaLM 2-nin təqdim etdiyi cavabları real həkimlərin cavabları ilə müqayisə edir. Sözügedən dil modeli vasitəsilə aparılmış testlər çərçivəsində o, sətəlcəm xəstəliyinə işarə edən faktorlarla bu ya digər xəstəliyə qarşı perspektivli müalicə üsulları ilə əlaqəli suallara cavablar verib.

Bununla belə dil modeli əsasında hazırlanmış bot real həkimlər kimi daha ətraflı düzgün cavablar təqdim etsə , bəzi hallarda səhvlərə yol verib. Bu səbəbdən şirkətin mütəxəssisləri  sözügedən layihə üzərində çalışmağa davam edəcəklər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".