Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.

***

Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

 

Prezident Heydər Əliyev xalqına sülh, rifah sabitlik yaradılması məqsədilə bütün enerjisini sərf etmiş lider kimi yaddaşlarda qalacaqdır. Onun yorulmaz səyləri məhz bu məqsədə nail olmaq ölkəni regionun çiçəklənən, sabit əmin-amanlıq şəraitində yaşayan demokratik məkan kimi görmək üçün Azərbaycanın gələcək liderlərinə yol açdı.

Piter BURHARD,

ATƏT-in Bakı ofisinin sabiq rəhbəri.

 

Heydər Əliyev hələ sovet dövründə - Siyasi Büronun üzvü olduğu vaxtda da Azərbaycan üçün çox işlər görərək, onu Sovet İttifaqının özünü təmin edə bilən beş respublikasından birinə çevirmişdi. Bu ölkənin indiki iqtisadi tərəqqisi məhz o dövrdə məhz Heydər Əliyev tərəfindən yaradılmış baza sayəsində mümkün olmuşdur. Mən bu fikirdəyəm ki, onun alicənablığı, liderlik duyğusu, öz xalqı qarşısında məsuliyyət hissi hamı üçün hələ uzun müddət nümunə olacaqdır.

Pavel BORODİN,

Rusiya-Belarus İttifaq Dövlətinin sabiq dövlət katibi.

 

Heydər Əliyev bütün dünyanın yaddaşında yeni müstəqillik qazanmış Azərbaycan Respublikasını vətəndaş müharibəsindən parçalanmadan xilas etmiş, neft sektoruna xarici sərmayə qoyuluşu üçün Azərbaycanın qapılarını açmış beləliklə, öz ölkəsinin davamlı sosial-iqtisadi inkişafı üçün əlverişli şərait yaratmış adam kimi qalacaqdır.

Antonius U.De VRİS,

Avropa Komissiyasının

Azərbaycan Respublikasındakı sabiq xüsusi elçisi.

 

Heydər Əliyev müharibəni dayandırdı. Ötən on ildə regionun irili-xırdalı bütün qonşu ölkələri, Qərbin , Şərqin böyük dövlətləri ilə münasibətlərin normallaşdırılması üçün çox işlər gördü.

İtirilənlərin hamısının dincliklə, sülh yolu ilə tədricən qaytarılacağına inam yarandı. O, sübut etdi ki, çağdaş gələcək dünyamızda siyasi məharət hərbi məharətdən daha səmərəli ola bilər.

Oljas SÜLEYMENOV,

Qazaxıstan yazıçısı.

 

 

Heydər Əliyevin bacarıqlı geniş üfüqlü rəhbərliyi sayəsində indi Azərbaycan xarici siyasətdə sabitlik amili olaraq çıxış edən, iqtisadi inkişafını sürətlə davam etdirən, beynəlxalq birlikdəki nüfuzlu mövqeyini getdikcə möhkəmlətməkdə olan ölkəyə çevrilmişdir.

Əbdülqədir AKSU,

Türkiyə Respublikasının sabiq daxili işlər naziri.

 

Heydər Əliyev gözəl, parlaq qeyri-adi bir insandır. Bu insan tarixdir. Mən demişdim ki, belə insan 100 ildə bir dəfə dünyaya gəlir, amma sonra gördüm ki, səhv edirəm, belə insan min ildə bir dəfə doğulur. Belə insanlar dünyanın ləl-cəvahiridir, onları qorumaq, hifz etmək gərəkdir, çünki onlar bütün varlığını, həyatını əmin-amanlığın, səadətin bərqərar olmasına həsr edir, özlərini isə düşünmür, qorumurlar.

Nikas SAFRONOV,

Rusiya Rəssamlıq Akademiyasının professoru.

 

Prezident Heydər Əliyev dövlət xadimi kimi ilhamlandırıcı liderliyinə görə ehtiram, Azərbaycanın fenomenal inkişafına rəhbərliyinə görə hörmət sahibi idi. Məhz onun rəhbərliyi ilə "Boinq" şirkətinə Azərbaycanın aviasiya sektorunun inkişafında iştirak etmək üçün imkan yaradıldığını yüksək qiymətləndiririk.

Alan MULALLİ,

"Boinq" kommersiya təyyarələri şirkətinin

sabiq baş icraçı direktoru.

 

Heydər Əliyev onun yaşıdlarının hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını tərəqqisini təmin edəcək əsas amillərdir.

Çingiz AYTMATOV,

Qırğızıstan yazıçısı.