Hayastanın təxribatlarının pərdəarxası məqamları
Digər xəbərlər

Hayastanın təxribatlarının pərdəarxası məqamları

Dövlətimizin xarici siyasətində düşmənçilikdən qətiyyən söz gedə bilməz. Azərbaycan istər regional çərçivədə, istərsə Avropa İttifaqı () səviyyəsində qarşılıqlı maraqlar əsasında əməkdaşlığın genişləndirilməsini daim təşviq edir. Bir çox ölkələrin Azərbaycana münasibəti adekvatdır. Hayastan istisna olmaqla bütün qonşular, ölkələri, İslam Əməkdaşlıq Təşkilatının (İƏT), Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri ölkəmizlə əlaqələrə böyük önəm verirlər. Bu baxımdan respublikamızın qlobal əməkdaşlığa təhlükəsizliyə verdiyi töhfələr mühüm əhəmiyyət kəsb edir. Ancaq elə ölkələr var ki, Azərbaycana qarşı düşmənçilik siyasəti yeridir.

Fərqli qütblərdə yerləşən belə dövlətlərdən danışarkən, ilk növbədə İran Fransa yada düşür. Adlarını çəkdiyimiz bu dövlətlər Hayastanı yeni təxribatlar törətməyə təhrik edir. Son vaxtlar sözügedən iki ölkənin Azərbaycana münasibətində bir sıra eyniliklər müşahidə olunur. İlk olaraq İranın fəaliyyətinə nəzər salaq. Məlum olduğu kimi, bu günlərdə "din qardaşımız" hava sərhədlərimizi pozan bir sıra uçuşlar həyata keçirmişdir. Bundan başqa, Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin fars şairi olduğunu iddia edərək özünü Hayastana bənzətmişdir. Axı Ermənistan da daim bizə göz dikmiş, bizə məxsus olanları özününküləşdirməyə cəhd etmişdir. Ən diqqətçəkən məqamlardan biri isə İranın özünü islam ölkəsi adlandırmasına baxmayaraq, vaxtilə işğal altında olan torpaqlarımızdakı məscidləri dağıdan Ermənistana dəstək göstərməsidir. Buradan belə bir nəticə ortaya çıxır ki, mollalar dindən sadəcə, öz siyasi oyunlarını həyata keçirmək üçün istifadə edirlər. Bəs İranı Hayastana meyil etməyə vadar edir? Şübhəsiz, hökumətin xain xislətinin Ermənistanın işğalçılıq siyasəti ilə uyğunlaşması

İkinci məqam Fransanın ölkəmizə qarşı yürütdüyü düşmənçilik fəaliyyətidir. 44 günlük müharibə dövründə, Fransanın Hayastana həyan çıxması, onun qanunsuz əməllərini dəstəkləməsi onların əsl üzünü bir daha ifşa etdi. Belə ki, Fransa Azərbaycanın milli maraqlarına zidd olan fikirlərlə gündəmə gəldi. Bu isə Makronun Azərbaycana qarşı apardığı qara piar siyasətindəki Avropa praqmatizminin təsirini bir daha təsdiqlədi. Həmçinin ölkənin Senatında Milli Assambleyasında dövlətimizə qarşı qərəzli qətnamələrin qəbul olunması Fransanın "kiçik bacısı"ndan fərqlənmədiyini sübut etdi. İkinci Qarabağ müharibəsi zamanı Fransa respublikamıza qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı müzakirələri BMT-nin gündəliyinə çıxarmağa səy göstərdi. Fəqət Azərbaycanın beynəlxalq arenadakı nüfuzu, ölkəmizə olan etimad, Avropadakı, QH-dəki dostlarımızın sayəsində Fransanın bu xəyanətkarlığının da qarşısı alındı. Düşmənçilik məsələsində özünü büruzə verən ölkələrlə yanaşı, bir sıra qurumlar da var. Avropa Parlamenti xainlər arasında yer almaqdadır. Daim müxtəlif güclərin əlində alətə çevrilən Hayastan faktorundan son illərdə digər güclərlə yanaşı, Avropa Parlamenti aktiv istifadə edir. Belə ki, erməni məsələsini Azərbaycana qarşı təzyiq təsir elementinə çevirən qurumun itmiş təşəbbüs qətnamələrinin sayı-hesabı bilinmir. Bütün bunlar Hayastanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayındıran, ona yeni təxribatlar törətmək üçün əsaslar yaradan amillərdir ki, bu işdə Avropa Parlamenti kimi qurumlar, İran, Fransa kimi ölkələr daha fəaldır. Şübhəsiz ki, hər qədər cəhd etsələr , Azərbaycanın gücünü sarsıda bilməzlər. Qızışdırıcı fəaliyyətlərlə gündəmə gələn, konstruktivlik göstərməyən tərəflər anlamalıdırlar ki, diplomatik fəaliyyətini uğurla davam etdirməklə yanaşı, ordu quruculuğuna böyük önəm verən ölkəmiz düşmənlərinin bütün cəhdlərinin qarşısını alacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".