MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Ölümsüzlüyə çox az qaldı...

Amerikalı futuroloq, kompüter alimi, "Google"un texniki direktoru Ray Kurzveil bəşəriyyətin zaman ölümsüzlük qazanacağına dair  konkret vaxt qrafikini müəyyən edib. Alimin proqnozlarına görə, 2030-cu ilə qədər insanlar ölümsüzlük qazanacaq.

Ekspertin fikrincə, bu zamana qədər elm adamları nanorobotların bədənlərə implantasiya edilməsinə imkan verən, insan ömrünü hər il uzada biləcək texnologiyalar hazırlayacaqlar. Bununla da insanlar ölümsüz olacaqlar. O, bilavasitə  həmin müddətə qədər süni intellektin insan zəkasına sahib olacağı fikrini qeyd edib.

Alim həmçininyaxın gələcəkdə nanorobotların insanları təhlükəli xəstəliklərdən qoruyacağını söyləyib. Kurzveilin fikrincə,  2030-cu ilə qədər süni intellekt (AIinkişafının ən yüksək zirvəsinə çatacaq: "Bunun sayəsində insanların gözlənilən ömür müddəti ciddi şəkildə artacaq. Düşünürəm ki, zamanla  süni intellekt  insanla eyni səviyyəyə çatacaq".

Futuroloqun sözlərinə görə, yeddi ildən sonra insanın süni intellektlə birləşmə prosesi başlayacaq 2045-ci ilə qədər kiborqlar nəsli yaradılacaq.

Yeri  gəlmişkən qeyd edək ki, alimin daha əvvəl verdiyi proqnozların 85 faizi  gerçəkləşibTexnologiya ilə bağlı proqnozlar verməkdə olduqca yaxşı bir təcrübəyə sahib olan Kurzveil  1990- ildə kompüterin 2000-ci ilə qədər şahmat üzrə dünya çempionlarını məğlub edəcəyini   həmçinin simsiz texnologiya, smartfonlara  keçid dövrünü düzgün proqnozlaşdırmışdı.

Onun budəfəki proqnozunun isə  doğru olub-olmayacağını  ancaq zaman göstərəcək. Xoşbəxtlikdən o gün  çox da uzaq deyil...

 

Sən demə, beynimiz...

Yeni Zellandiyanın Otaqo Universitetinin tədqiqatçıları beynimizlə bağlı maraqlı bir faktı ortaya çıxarıblar. Belə ki, araşdırma zamanı alimlər  insanlarla arıların beyinlərinin fəaliyyətində oxşarlıq aşkar ediblər.

Tədqiqatın nəticələri göstərib ki, arıların beynində müəyyən edilmiş alfa ritmin xüsusiyyətləri insanların beyni ilə eynidir. Alimlərin qənaətinə görə, arıların beyninin fəaliyyəti daha dərindən  araşdırılarsa insan beyninin alfa ritmlə əlaqəli olan koqnitiv funksiyaları daha yaxşı öyrənilə bilərSöhbət diqqət yaddaş bacarığından gedir.

"İnsanlar üzərində təcrübələr aparmaq həm avadanlıq təminatı baxımından baha başa gəlir, həm   çox vaxt aparır. Üstəlik, insan beynindəki ayrı-ayrı identifikasiya edilmiş neyronları yığa bilmirik. Arıların beynini araşdıraraq biz bu əngəlləri aşa bilərik. Ola bilsin ki, gələcəkdə bu bilikləri insan beyninin araşdırılması müalicəsində tətbiq edək", - deyə tədqiqat rəhbəri Pol Jijka bildirib.

Tədqiqat bal arıları üzərində aparılıb. Elm adamları arıların beyninin aktivliyini ölçmək üçün elektrod vasitəsilə onları müxtəlif qoxularla şirnikləndiriblər. Məlum olub ki, arılar eynən insanlar kimi qoxuları qidalarla assosiasiya etməyi bacarırlar.

 

Elmi ixtiralara səbəb olan yuxular

Ta qədimdən daim yuxularını yozan insanlar onlardan məna çıxarmağa çalışıblar. Çox qəribədir ki, bəzi elm adamlarının gördüyü yuxular onların kəşflərinin, yeni elmi ixtiraların səbəbi olub. Gəlin, onlardan bir neçəsinə nəzər yetirək...

Böyük alim Dmitri İvanoviç Mendeleyev elementlərin dövri sistemini hazırlayarkən, onların sıralanması mərhələsində böyük çətinliklərlə üzləşirOnları necə sıralayacağını bilməyən alim günlərin birində  fikirli halda laboratoriyasında elə masanın üstündəcə yuxuya gedir yuxuda bütün elementlərin sıra ilə düzüldüyünü görür. Oyandıqdan sonra isə bütün elementlərin cədvəldə lazım olan yerdə olduğunu anlayır hamısını dərhal qeyd dəftərinə yazaraq, sadəcə bir elementin yerini dəyişir.

Kvant mexanikasının atası sayılan Niels Bohr atomun quruluşu üzərində baş sındırdığı bir gecə yuxusunda atom nüvəsi ətrafında dönən elektronları görür. O ana qədər atomun quruluşu ilə bağlı proqnozları tutmayan alim planetin Günəş ətrafında fırlandığı kimi, elektronların da atom nüvəsinin ətrafında döndüyünü gördükdən sonra artıq nəyin arxasınca getməyin lazım olduğunu anlayır hədəfinə doğru irəliləyir. Beləliklə, kvant mexanikasının yaradıcısı olan Bohr Nobel mükafatı alır.

Alman əsilli farmakoloq Otto Loewi isə sinir hüceyrələrinə siqnalın  elektrik vasitəsilə deyil, kimyəvi yolla çatdırıldığını yuxusunda görüb. Yuxu arası bu kəşfi bir kənara qeyd edib təkrar yuxuya dalan Loewinin səhər durub öz yazdıqlarını oxuya bilmədikdə düşdüyü vəziyyəti təxmin etmək çətin deyil. Yuxunu xatırlamağa çalışaraq keçirdiyi günün onun həyatının ən uzun günü olduğunu söyləyən Loewi buna nail ola bilmir, lakin ertəsi gün eyni yuxunu görür. Bu dəfə isə elm adamı gördüklərini düzgün bir şəkildə kağıza yazır.

 

Niyə məhz "dəniz gicitkəni"?

Heyvanlar aləminin heyrətamiz görünüşü ilə seçilən ən maraqlı canlılarından biri meduzalardır. Demək olar ki, sudan ibarət olan bu canlılar  (95 faizi) bir çox maraqlı xüsusiyyətlərə malikdir. Meduzaların bədənlərinin şəffaflığı insanı məftun etsə , onlara toxunmaq təhlükəlidirDaha çox Aralıq dənizində rast gəlinən meduzalara toxunduqda onlar insan bədənini "yandırırlar". Bu səbəbdən onları "dəniz gicitkəni" adlandırırlar.

Meduzaların bəzi növləri işıq saçaraq düşmənlərini çaşdırır, bəziləri isə bədənlərindən öldürücü zəhər ifraz edir. Bütün iqlim qurşaqlarında yaşaya bilən meduzaların bir çox növü canlılar üçün təhlükəlidir. Şəffaf olan bu canlıların bədənlərinin alt hissəsindən uzanan lamisə orqanları var. Bəzi növlərin lamisə orqanlarında zəhərli maye olur. Onlar məhz bu zəhər vasitəsilə həm ovlarını tutur, həm düşmənlərini  öldürürlər. Zəhəri olmayan meduza növləri müdafiəsiz deyillər. Onlardan bəziləri özlərini qorumaq üçün işıqsaçma xüsusiyyətlərindən istifadə edirlər. Düşmənləri olan dəniz tısbağalarından, dəniz quşlarından, balıq balinalardan xilas olmaq üçün planlı metodlu şəkildə hərəkət edirlər. Düşməndən qaçarkən bütün bədənləri işıq saçır. Ancaq düşmən onları dişləmək istədikdə zınqırov formalı hissələrindəki işığı söndürür işığı yanan lamisə orqanlarını gövdələrindən qoparıb ayırırlar. Beləliklə, düşmənin diqqəti lamisə orqanlarına cəlb edilir ki, meduzalar da bu vəziyyətdən istifadə edərək dərhal oradan uzaqlaşırlar.

Əslində, kənardan çox şüurlu təsir bağışlayan meduzaların düşmənlərini ya ovlarını görən gözləri, beyinləri yoxdur. Demək olar ki, bütün çətinliklərə çarə tapan bu şüurun meduzalara aid olmadığı aydındır. Sadəcə jeleyəbənzər su kütləsindən ibarət olan bu canlılar Allahın onlara bəxş etdiyi xüsusi qabiliyyət sayəsində müxtəlif taktikalar işlədərək qida tapır, düşmənlərindən xilas olmaq üçün cürbəcür şüurlu hərəkətlər edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".