SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)
Reklam və elanlar

SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)

MÜSTƏQİL AUDİTOR HESABATI

Meqa Həyat SığortaASC-nin səhmdarına

Rəy

Biz, “Meqa Həyat SığortaASC-nin ("Şirkət") 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan həmin tarixdə tamamlanan il üzrə mənfəət ya zərər digər məcmu gəlir, kapitalda dəyişikliklər pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə əsas mühasibat uçotu siyasətləri sair izahedici məlumatları əhatə edən qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim rəyimizə görə, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından, şirkətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq düzgün əks etdirir.

Rəy üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının "Etika Məcəlləsinin" (MBESŞ Kod) etik normalarının tələblərinə uyğun olaraq Şirkətdən asılı deyilik biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli münasibdir.

Rəhbərliyin maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına düzgün təqdim edilməsinə rəhbərliyin fikrincə, dələduzluq ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq ya səhvlər nəticəsində yarana bilər ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə tətbiq edirik peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

lMaliyyə hesabatlarında saxtalaşdırma ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır icra edir rəyimiz üçün əsas təşkil edəcək kafi müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki, saxtakarlıq əlbir olma, saxtalaşdırma məqsədli buraxma, təhrif ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.

lMövcud şərtlərdə müvafiq olacaq, lakin Şirkətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.

lİstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.

lRəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə Şirkətin fəaliyyətin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub-olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilərsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə şərtlər Şirkətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.

lMaliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd hadisələri əks etdirib-etdirmədiyini təhlil edirik.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış həcmi müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

GRANT THORNTON

30 Mart 2023

Bakı, Azərbaycan Respublikası.